İran molla rejiminin sonu yaxınlaşır - Cənubi ya müstəqil dövlətə çevriləcək, ya da...

26 avqust, 2022 00:41

İranın nüvə danışıqları heyətinin keçmiş üzvü, Əfqanıstan və İtaliyadakı keçmiş səfiri Əbülfəz Zöhrəvənd Azərbaycan haqqında sərt, etikadan kənar ifadələr işlədib.

Ə.Zöhrəvənd İran xüsusi xidmət orqanlarının "kurasiya"sında olan təhlükəsizlik məsələləri üzrə ekspertdir. Yəni, onun səsləndirdiyi fikirlər İran rəhbərliyinin mövqeyi kimi dəyərləndirilməlidir. 

O deyir: "Azərbaycan deyə bir yer yoxdur. Bunlar (azərbaycanlılar) doğrudan da İran azəriləridir. Əks halda onlar bu ərazini tərk edib getməlidirlər. Azərbaycan yenidən İrana birləşdirilməlidir!"

- İran başa düşür ki, yerləşdiyi coğrafiyada bütün cəbhələrdən mühasirəyə alınıb. Avropanın Rusiyadan qaz-enerji asılılığı azaldıqca, Avropanın enerji təminatında İran da öz əhəmiyyətini itirəcək. Bu məsələdə əsas alternativ isə Azərbaycandır. Proses tezliklə başa çatacaq və bundan sonra İran molla rejimi açıq hədəfə çevriləcək, ölkənin daxilində böyük üsyanlar baş verəcək. Böyük ehtimal, yaxın 5 ildə İran molla rejimi tarixin arxivinə qovuşacaq. Xalq üsyanının əsas aparıcı isə azərbaycanlılar olacaq. Azərbaycanlılar ya Azərbaycan Respublikasına birləşməyi tələbə edəcəklər, ya da öz müstəqilliklərinə (Cənubi Azərbaycan Respublikası) nail olacaqlar. İranı qorxudan bu reallıqlardır və anlayır ki, regiondakı bütün proseslər buna doğru gedir.

Ə.Zöhrəvənd daha sonra bildirir: "Naxçıvan və Qarabağ məsələsi bizim əleyhimizə bitdi. Naxçıvan tamamilə İrana birləşdirilməlidir! Naxçıvan bizimdir!"

- İran bilir ki, Zəngəzur dəhlizi açılsa, Azərbaycanın qərb rayonları ilə Naxçıvan birləşəcək. Digər tərəfdən, İranla Ermənistan arasında əlaqə itmiş olacaq və molla rejimi İrəvandan Azərbaycana qarşı istifadə edə bilməcəyək. İran regionda bütün resurs, imkan və rıçaqlarını itirməkdədir. Zəngəzur dəhlizinin açılması ilə bağlı qlobal iradənin mövcudluğu İranı belə ağılsız və sərsəm bəyanatlar verməyə sövq edir. 

İranlı diplomat daha sonra deyir: "Bir çox səbəblərdən dolayı Ermənistan Azərbaycanla müqayisədə İran üçün prioritetdir. Çünki Azərbaycan NATO-nun oturub İranı parçalaya biləcəyi bir nöqtədir". 

- İran dövləti dərk edir ki, Pişəvəri və Səttarxan hərəkatı İranın gələcəkdə parçalanmasının tarixi bazasıdır. "Nəyi, necə, nə zaman edəcəyimizi" gözəl bilirik. İran Ermənistanla müttəfiq olduğunu həyasızcasına etiraf edir və Azərbaycanın əsas stateji müttəfiqlərindən olan İsrailin qlobal gücə çevrilməsi ilə bağlı narahatlığını aqressiv şəkildə bildirir. Amma başqa çıxış yolu yoxdur. Ötən əsrdə Cənubi Azərbaycanın azadlığı uğrunda başlanan hərəkatlar yenidən vulkan kimi püskürəcək. İran bilsin: Bu məsələdə Azərbaycana dəstək olan istənilən güclə, eləcə də NATO ilə eyni paraleldə yer alacağıq! 

İranlı diplomat qeyd edir: "Türklər Zəngəzuru da almaq istəyirlər ki, bu da onu ciddi narahat edib. Onlar bizim Ermənistanla bir neçə kilometrlik sərhədimizi də kəsmək istəyirlər".

- Türkiyə və Azərbaycanın tarixdə heç vaxt olmadığı qədər qardaşlaşması İrana tarixi narahatlıq bəxş edib. Elə bizim əsas strateji hədəflərimizdən biri də budur ki, İran Ermənistana dəstəyi kəsməli, regiondakı radikal mövqeyindən çəkinməli və  coğrafi-dini-narkotik-virtual cəbhələrdən ölkəmizə qarşı yönəltdiyi təhdidlərinin qarşısı alınmalıdır. Buna da nail olacağıq. Vaxt yetişir, İranda 1979-cu ildən bəri mövcud olan irtica molla rejimi devrilməli, Cənubi azərbaycan azadlığına qovuşmalıdır. 

Azərbaycanın ərazi bütövlüyünə, suvurenliyinə və müstəqilliyinə qarşı İrandan yönələn ən xırda addıma belə ən ciddi şəkildə cavab verəcəyik! 

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR