"Azərbaycan Avropa İttifaqının yeni qaz tədarükçüsüdür" - "Euronews"

28 avqust, 2022 12:35

Azərbaycan Avropa İttifaqının yeni qaz tədarükçüsüdür.

Bu fikir “Euronews” telekanalının saytında dərc olunan analitik yazıda yer alıb.

Aİ yeni təbii qaz tədarükçüləri tapmaq üçün hər cür səy göstərir. Brüssel artıq ABŞ, Qətər, Norveç, Əlcəzair və İsraillə danışıqlar aparıb. Azərbaycan tədarükün 50 % artırılmasına razılıq verib. Təbii qaz Türkiyə və Bolqarıstan ərazisindən boru kəməri ilə çatdırılır.

Qeyd edilir ki, Aİ ölkələri qaz böhranı şəraitində həmrəylik prinsipləri əsasında Avropa şəbəkəsi daxilində qaz mübadiləsi və yenidən bölüşdürülməsinə dair sazişlər bağlayaraq bir-birinə dəstək ola bilər: “Hələlik belə sazişlər azdır: məsələn, Almaniya yalnız enerji ilə təmin olunan Danimarka və Avstriya ilə müqavilələr imzalayıb. Çox güman ki, Aİ ölkələrinin hər birinin hökuməti öz daxili bazarlarını qazla təmin etməli olacaq”.

Digər Aİ ölkələri Rusiya qazından daha az asılıdır: “Bəzi Aİ ölkələri artıq Rusiya qazından asılılıqdan qurtulub. Məsələn, İtaliya Əlcəzair, Qətər və Azərbaycanla qaz tədarükünə dair müqavilələr bağlayıb. Nəticədə bu cənub Avropa ölkəsində Rusiya qazının idxalının payı artıq ümumi enerji tələbatının 21 %-nə düşüb.

İspaniya və Portuqaliyanın vəziyyəti daha yaxşıdır: onlar Rusiyadan gələn qazdan asılılıqdan azaddırlar və hətta Aİ-nin digər ölkələrinə təbii qaz verirlər. İspaniya, Pireney yarımadasında yerləşən altı LNG terminalı ilə Avropa şist qazı bazarında getdikcə daha mühüm rol oynayır”.

Fransa da qonşuları ilə ayaqlaşmağa çalışır: “Burada üç LNG terminalı istifadəyə verilib. İndiyə qədər Fransa təbii qazının böyük hissəsini Şimal dənizinin dibi ilə Dunkerk boru kəməri ilə Norveçdən idxal edir. Danimarka və İsveç öz enerji ehtiyaclarını böyük ölçüdə təmin edirlər”.

Bildirilir ki, Ukraynada müharibənin ilk aylarında Aİ-dən Rusiyaya mal ixracı 48 % azalıb, lakin eyni dövrdə neft və qazın qiymətinin artımı səbəbindən Rusiyanın Aİ ölkələrinə ixracı 68 % artıb: “Avropa bazarlarının Rusiya qazından asılılığının azaldılması təkcə Rusiyaya qarşı çoxsaylı sanksiya paketlərinin mövzusu deyil, həm də Avropa Parlamentinin Brüsseldəki sessiyalarında qızğın müzakirələrin mövzusudur. Bəzi Aİ ölkələri sabah da Rusiyadan təbii qaz idxalından imtina etməyə prinsipcə hazırdır. Amma başqaları üçün bu, böyük idxalı əvəz edən məsələdir: onlar uzunmüddətli perspektivdə hansı alternativ enerji mənbələrindən istifadə edə biləcəklər? Ən əsası isə, qısa müddətə gəlincə, qazı Rusiyadan çəkilən kəmərlərdən deyilsə, haradan əldə etmək olar?

Aİ ölkələrinə qaz tədarükünün daha ətraflı təhlili göstərir ki, alternativlərin tapılması problemi o qədər də çətin deyil və artıq iri qaz idxalçıları tərəfindən həll edilir”.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR