Regionun spontan mənzərəsi - Azərbaycan nə etməlidir?

29 avqust, 2022 14:50

Azərbaycanın həmsərhəd olduğu 5 ölkənin gələcək taleyi ilə bağlı strateji araşdırmaların aparılması, növbəti on illiklərdə həmin ölkələri gözləyən neqativ və pozitiv proseslərin təhlili bizim üçün həyati əhəmiyyətli məsələlərdən olmalıdır. Təəssüf ki, həmin ölkələrin içərisində ən xırda siyasi-sosial instinktləri izləyib ciddi nəticələr əldə edən və bunu ölkəmizin gələcək strateji planlarına salınmasına nail olan beyin mərkəzləri yoxdur.

Sual olunur, ABŞ və İngiltərə niyə güclüdür? Necə olur ki, okeanın o biri tayında yerləşən ABŞ Avrasiyada yerləşən dövlətlərin taleyini dəyişir, xalqların genetik yaddaşına təsir edə bilir, inqilablar hazırlayır?

Məsələ bundadır ki, ABŞ-da dünyada mövcud olan hər bir ölkəni, o ölkələrdə yaşayan xalqları araşdıran eyni sayda məxfi institutlar, mərkəzlər fəaliyyət göstərir. ABŞ Azərbaycanda, İranda, Ermənistanda yaşayan xalqların ən incə mental dəyərlərini öyrənir, onların həssas siyasi instinktlərini araşdırır, hətta hər bir rayonun, kəndin adət-ənənələrini, onların psixoloji həssaslıq dərəcəsini analiz edib həmin ölkələrə inqilablar ixrac etməyin, savaş çıxarmağın və sülhə nail olmağın konsepsiyasını hazırlayır. Təsəvvür edin, dünyada mövcud olan 245 dövlətin (bunlardan 195- beynəlxalq səviyyədə müstəqil dövlət kimi tanınır) və ərazinin hər birini araşdıran mərkəzlərin və hər bir mərkəzin də minlərlə əməkdaşı var.

ABŞ fərqli edən başqa bir ideoloji yanaşma tərzi də var. Məsələn, ABŞ terrorizmlə mübarizə aparmaq üçün kabinetlərdə oturan mütəxəssis yetişdirmir, bu mübarizəni daha effektiv aparmaq üçün potensial “terrorçu”-mütəxəssislər yetişdirir. Həqiqətən də terrorçularla ən yaxşı mübarizəni elə “terrorçu”ların özləri apara bilərlər. Bu baxımdan, ABŞ xüsusi xidmət orqanlarının terrorizmlə mübarizə aparan qurumlarının əməkdaşları potensial “terrorçu”lardır.

İRAN - Azərbaycan bu ölkə ilə cənubdan həmsərhəddir. İranın özü şərqdən Əfqanıstan və Pakistanla sərhəddir. Əfqanıstanda “Taliban”ın hakimiyyətə gətirilməsi İranın gələcək taleyinin ən acı konturlarını cızacaq. İki ölkə arasındakı dini-siyasi düşmənçiliyi arxa plana çevirən “narkotik müttəfiqliyi” hələki bu prosesi ləngidir. Dünyanın 9 nüvə dövlətindən biri olan Pakistan və İran 1979-cu il İran İnqilabına qədər ABŞ-a qarşı eyni cəbhədə yer almışdı.

Ancaq daha sonra bu üç amil hər iki ölkə arasında ciddi ziddiyyətlər yaratdı - Pakistanın Qərbmeylli siyasət yürütməsi, İranın İslam dünyasında liderlik təşəbbüsünü ələ almaq istəkləri və Pakistanın nüvə silahına sahiblənməsi...

Bu üç amil Pakistanı ABŞ-ın əsas müttəfiqinə çevirməklə yanaşı, İranla da uzaq hədəflərə hesablanan düşmənçilik “korpus”ları yaratdı. İran şərqdən ABŞ-ın ən yaxın müttəfiqlərindən hesab olunan Pakistanla (təxminən 960 km-lik + 921 km-lik sərhəd) və “Taliban”la mühasirəyə alınıb. Hazırda Azərbaycanın Pakistanla münasibətləri isə ən üst və pozitiv mərhələdədir.

Dünyada narkotik istehsalının 83%-i Əfqanıstanın payna düşür, əfqanların narkotiklərini isə Azərbaycana İran daşıyır. İran şərq cəbhəsindəki təhlükələrdən “strateji” şəkildə istifadə edir, şimal-qərbdən qonşusu olan Azərbaycanı “ağ ölüm”lə boğur, sanksiyalardan aldığı zərərləri narkotik ticarətindən əldə etdiyi gəlirlərlə qarşılayır və hazırda Azərbaycanda narkotik istifadəçilərinin sayının günbəgün artması İranın mənfur siyasətinin reallaşması anlamına gəlir. İran bu yolla Azərbaycanın genefondunu dağıdır, xalqı fiziki və mənəvi terrora məruz qoyur.

İranda yaşan 40 milyonluq azərbaycanlının yaşadığı coğrafiya (286 min km2-lik), əhalinin - hər bir kəndin sosial problemləri, siyasi yükü, psixoloji durumu dərindən araşdırılmalı, strateji plan və resurs kimi əlimizdə olmalıdır.

Müəllif: Samir Feyruzov

Bəs Rusiya, Gürcüstan, Türkiyə və Ermənistan?

Ardı var...

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR