"Rusiya ilə Ukrayna arasında barışıq ola bilməz..." - "Meduza" nəşri

30 avqust, 2022 01:17

Tanınmış rusiyalı təbliğatçı, "Bereq" ("Sahil") ayamalı İqor Manquşev öz çıxışı zamanı insan kəllə sümüyünü gətirərək, bəyan edib ki, bu, "Azovstal"ın müdafiəçisinə məxsusdur.

Bu barədə "Meduza" nəşri yazıb.

Kəllə sümüyünü əlində oynadaraq, Manquşev əmin edib ki, Rusiya ilə Ukrayna arasında barışıq ola bilməz, çünki rusiyalılar adamlarla deyil, ideya uğrunda döyüşür.

"Siz hələ sağsınız, amma bu oğlan sağ deyil, - təbliğatçı insan qalığına işarə edərək bəyan edib. - Bizim müharibə, sadəcə, qanı və canı insan olanlarla deyil, bu müharibə ideya-antirus dövləti olan Ukrayna ideyası ilə müharibədir. 

Nədən heç bir barışıq ola bilməz?  Ukrayna ukraynasızlaşdlrılmalıdır. Malorossiyanın rus torpaqları geri qaytarılmalıdır.

Biz insanlarla döyüşmürük, biz ideya ilə döyüşürük. Məhz buna görə də Ukrayna əsgərlərinin faciəsi ondadır ki, biz ideya ilə döyüşürük, ona görə də onlardan nə qədər və necə öldürmək bizim vecimizə də deyil.

Əgər biz insanlarla döyüşsəydik, onlarla barışmaq olardı. Biz deyərdik ki, "qaqaş, nə etməli, belə alınıb, bu, müharibədir". Amma biz ideya ilə döyüşürük, ona  görə də bu ideya daşıyıcılarının hamısı məhv edilməlidir, bax, bu "bədbəxt Yorik" kimi oğlan, o, yəqin ki, "Azovstal"ın altında qalmaq istəməzdi, o, sadəcə, lazım olan tərəfi seçməyib. O, "rus dünyası"nın nə olduğunu anlayıb.

Təbliğatçını dinləməyə toplanan publika onun boşboğazlığına müsbət yanaşaraq, Ukrayna əleyhinə sarkazm dolu replikalar səsləndirib.

Manquşevin sözlərini özünün "Twitter" səhifəsində amerikalı diplomat, professor Entoni Makfol şərh edib. 

Rusiyalı təbliğatçının nitqini rüsvayçı adlandıraraq, o, "heç də hər şey birmənalı deyil" nəzəriyyəsinin tərəfdarlarını öz baxışlarına yenidən baxmağa çağırış edib.

"İyrəncdir. Mən ümid edirəm ki, bütün "realistlər" bu videoya baxacaq, sonra bizə bu müharibənin, sadəcə, NATO-nun genişləndirilməsinin dayandırılmasına yönələn və imperiya ideyaları və identikliklə heç bir əlaqəsi olmayan müdafiə-preventiv-rasional-məntiqi "xüsusi hərbi əməliyyat" olduğunu izah etməyə cəhd edəcəklər", - Makfol videoya bu sözləri yazıb.

İqor Manquşev 16 avqust 1986-cı ildə anadan olub. 

Doğma sosial şəbəkələrdə doğna şəhərinin Moskva, yaşadığı şəhərin isə Beyrut (Livan) olduğunu göstərib.

"Meduza" nəşri müəyyən edib ki, İqor Manquşev Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin "Z" rəmzinin müəllifi ola bilər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR