Növbədənkənar seçki, amnistiya, prezidentlik 7 il - Tokayevdən inqilabi qərarlar

01 sentyabr, 2022 14:27

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev xalqa müraciətlə çıxış edib.

Tokayev müraciətində inqilabi sayıla biləcək sensasiyalı dəyişikliklər təklif edib.

Qazaxıstanın indiki Prezidenti ölkədə növbədənkənar prezident seçkiləri keçirməyi təklif edib və bildirib ki, özünün səlahiyyət müddətinin başa çatmasına xeyli vaxt qalsa da, vəzifəsindən imtina etməyə və yeni seçkidə xalqın etimadını qazanmağa hazırdır.

Növbədənkənar seçkinin bu ilin payızında keçirilməsini istəyən Tokayev təklif edib ki, prezidentlik müddəti 7 ilə çatdırılsın. Lakin bir nəfərin yalnız bir müddətə seçilməsinə icazə verilsin. Yəni, bu təklif qəbul edilsə və qanuni qüvvəyə minsə, Qazaxıstanda prezident 7 il müddətinə və yalnız bir dəfə seçilə biləcək.

Tokayevin digər maraqlı qərarı Qazaxıstanda cari ilin yanvarında baş verən iğtişaşlarda həbs olunanlarla bağlıdır. Qazaxıstan Prezidenti bildirib ki, həmin aksiyaların iştirakçılarına amnistiya elan olunacaq.

Onun sözlərinə görə, indi ölkə vətəndaşlarına birlik vacibdir. Bununla belə, Tokayev qeyd edib ki, amnistiya iğtişaşların təşkilində iştirak edən əsas şəxslərə, eləcə də dövlətə xəyanətdə ittiham olunanlara və zorakılıq yolu ilə dövlət çevrilişinə cəhd edənlərə şamil edilməyəcək.

Tokayev ölkədə siyasi mühitin təkmilləşdirilməsinin, azad və demokratik şəraitin yaradılmasının vacibliyindən danışıb və qeyd edib ki, Qazaxıstan götürdüyü müstəqil kursdan geri çəkilməyəcək.

Prezident bir sıra sosial və iqtisadi məslələrlə də bağlı yeniliklər vəd edib. Məsələn, bildirib ki, ölkədə “Uşaq Fondu” yaradılacaq və hər yeni doğulan uşağın şəxsi hesabına 18 yaşının tamamına qədər dövlət tərəfindən vəsait köçürüləcək. Bu vəsaiti həmin şəxs yalnız 18 yaşının tamamında istifadə edə biləcək və nəzərdə tutulur ki, bu pul mənzil və digər sosial problemlərin həllinə yönəldiləcək. Həmçinin, qərara alınıb ki, 2028-ci ilə qədər qadınlar üçün pensiya yaşı 61 yaşdan yuxarı qaldırılmasın.

Tokayev çıxışında həmçinin, hökuməti tənqid edib və kadr dəyişikliklərinə gediləcəyini qeyd edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR