Rusiyada niyə Azərbaycan məktəbi yoxdur?

02 sentyabr, 2022 09:47

Ermənistanda rus məktəblərinin bağlanmasına rəğmən Azərbaycanda hələ də 350-dən artıq rus məktəbi fəaliyyət göstərir. Rusiyada isə tam əksinə, erməni məktəbləri var, Azərbaycan məktəbi isə yoxdur.

Mövzu ilə bağlı axar.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, bu dövlət siyasəti məsələsi deyil.

“İran kimi dövlətdə 30 milyonluq azərbaycanlı tələb edib özünə Azərbaycan məktəbi aça bilmirsə, lakin erməni məktəbi varsa, dövlət buna nə etsin?! Xalqın özünün ana dilində olan məktəbə sevgisi olmalıdır. Bizdə isə məktəb arxa planda gəlir. Rusiyada da ola bilər ki, maarifpərvər insanlar buna cəhd edib. Amma hər kəs bunu istəyirmi? Bunun üçün çalışırlarmı? Əsas məsələ budur. İmkan yaratsalar, Azərbaycanda hamı rus məktəbi açar. Ölkəmizdə öz dilimizdə məktəb olsa da, niyə çoxu uşağını rus məktəbinə göndərir? Bunun səbəbini axtarmaq lazımdır. Bizə övladımızı rus məktəbinə aparmağı heç kim məcbur etmir. Rusiya və ya İranda bizə Azərbaycan məktəbi açmaq üçün şərait yaratmırlar, görünür özümüz də istəmirik. Ola bilər ki, 10-15 nəfər dil öyrənmək üçün bunu etsin. Amma ermənilərdə məktəb ənənədir. Hara gedirlərsə, birinci məktəb fikirləşib, məktəb binası tikirlər. Biz isə məktəb binası tikmirik! Hara getsək, birinci ev-eşik tikib, küçəni buraxırıq başlı-başına xaraba içində qalır. Ancaq öz həyətimizdə ağac əkirik. Ona görə də bu, özümüzdən asılı olan məsələdir. Burada tamamilə bir xarakter ortaya qoyulmalıdır. Açığı bizdə məktəblərlə bağlı xarakter görünmür. Rusiyanın hansısa şəhərində erməni məktəbinin açılmasında həm də kilsənin müəyyən dərəcədə rolu var. Kilsə məktəb məsələsinə xüsusi diqqət yetirir, dəstək verir, yığılan vəsaiti oraya yönəldir. Bizdə məsciddə nəziri məktəbə yönəltsək, ölkədə əhali heç gedib nəzir verməz. Siz görmürsüz ki, nəzir davası gedir?! Nəyə xərclənir, heç soruşan yoxdur. Odur ki, proseslərə yenidən baxmalıyıq: biz nədə geridə qalırıq, səhvimiz, yanlışımız nədir?!” – millət vəkili deyib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR