Avropa Azərbaycanı siyasi birliyə dəvət edib - "Dəvət varsa, orada iştirak edəcək, amma..."

07 sentyabr, 2022 10:56

Avropa liderləri Avropa Siyasi Birliyinin yaradılması üçün oktyabrın 6-da Praqada görüşəcəklər. "The Guardian" qəzetinin məlumatına görə, Avropa Birliyi (AB) sammitinə dəvət olunanlar arasında Gürcüstan, Ukrayna, Moldova kimi quruma üzvlük üçün müraciət edən bir çox ölkələr də var. Tədbirə üzv olmayan, üzvlük üçün müraciət etməyən ölkələr – Azərbaycan və Ermənistan da dəvət olunub.

Avropa Siyasi Birliyinin yaradılmasını Fransa Prezidenti Emmanuel Makron təklif edib. Birlik AB-yə üzvlük perspektivlərini nəzərdən keçirən dövlətlərlə qarşılıqlı əlaqələrin formatını təsdiqləyir.

Xatırladaq ki, Azərbaycan AB-nin "Şərq Tərəfdaşlığı" təşəbbüsünün iştirakçısıdır. Lakin AB və Azərbaycan arasında beş ildir danışıqlar getsə də, Strateji Tərəfdaşlıq Sazişi hələ ki, imzalanmır.

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Aydın Mirzəzadə düşünür ki, dəvət varsa, Azərbaycan orada iştirak edəcək. Deputat "Turan"a bildirib ki, sonrakı addım təşkilatın qarşısına nə məqsədlərin qoyulmasından asılıdır: "O, əməkdaşlıq, ərazi bütövlüyünün dəstəklənməsi, beynəlxalq hüququn prioritetliyi, milli maraqların qorunması, ticarət, humanitar əlaqələr, dünyanı inkişafa aparan prinsiplərin elan və tətbiq edildiyi təşkilat olarsa, Azərbaycan bu təşkilatın üzvü ola bilər".

Deputat deyir ki, əgər bu, hansısa bir ölkəyə və yaxud da hansısa ölkələr qrupuna yönəlik bir təşkilat olacaqsa, Azərbaycanın ona qoşulacağına inanmır: "Amma Azərbaycanın dəvət edilməsi onu göstərir ki, Avropa məkanı Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu gün Azərbaycan tək regionun deyil, dünyanın da əsas siyasi fəal ölkələrindən biri kimi götürülür".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR