Rusiya Ermənistandakı “Qarabağ klanı”nı yenidən format edir - ABŞ-la şahmat oyunu necə nəticələnə bilər?

07 sentyabr, 2022 12:13

İndiki situasiyada ABŞ və Rusiya Cənubi Qafqazda taktiki sabitliyin tərəfdarıdır. Amma strateji olaraq nə ABŞ, nə də Rusiya regionda tarixi sabitliyin tərəfdarı deyil. ABŞ-ın ATƏT-in Minsk qrupunun dirçəlməsi ilə bağlı mövsümi addımları, qondarma rejimə göstərdiyi yardımlar, qondarma qurumun “rəsmi” şəxslərinin Vaşinqtona davamlı səfərləri və Rusiyanın özünü “Qarabağ klanı” adlandıran ermənilərə açıq siyasi-hərbi dəstək verməsi bunun əsas göstəricilərindəndir. Rusiya başa düşür ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa, özünün Cənubi Qafqazda strateji maraqlarını qoruya bilməyəcək. ABŞ anlayır ki, dünənə qədər Qarabağ münaqişəsində əsas iştirakçılığını və təsir imkanlarını Minsk qrupu üzərindən həyata keçirirdi. Növbəti mərhələdə Avropa İttifaqının təşəbbüsü ələ alması isə Rusiyanın ciddi müqaviməti ilə rastlaşır.

ABŞ və Rusiya Cənubi Qafqazda şahmat oynayır.

Təxminən 30 il Ermənistanı idarə edən “Qarabağ klanı” 2018-ci ildə inqilab nəticəsində devrildi və hakimiyyətə qərbyönümlü Paşinyan gətirildi. İkinci Qarabağ müharibəsindən sonra məğlub Ermənistanda Rusiyayönümlü qüvvələr yenidən revanş götürmək istədi, amma Qərb Paşinyanı hakimiyyətdə saxlamağa nail ola bildi. “Qarabağ klanı” Azərbaycanın 20% torpaqlarını Rusiyanın əli ilə işğal etmişdi. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın əldə etdiyi qələbə ilə regionda geopolitik vəziyyət tamamilə dəyişdi, eyni zamanda Ermənistandakı “Qarabağ klanı” özünün resurslarını tamamilə itirməyə başladı. Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün Avropa İttifaqının əsas alternativ güc kimi ciddi aktivlik göstərməsi, Paşinyanın Xankəndidə Rusiyayöümlü qüvvələri zərərsizləşdirməsi və onların mərhələli şəkildə həbs edilməsi Kremli dərindən narahat etməkdədir.

Kreml anlayır ki, Ermənistanda və Xankəndidəki revanşist qüvvələr, Sarkisyan-Koçaryan cütlüyünün təsiri altında olan “Qarabağ klanı” öz imkanlarını itirir.

Buna görə də, Rusiya Ermənistan siyasətində itirdiyi tribunanı və imkanları geri qaytarmaq üçün “Qarabağ klanı”nı yenidən formalaşdırır.

Rusiyanın əsas ümidi Qarabağdakı seperatçı ermənilərədir.

Bir sözlə, "Qarabağ klan” format olunur.

Kremlin yetirməsi olan erməni milyarder Ruben Vardaryanın Xankəndidə köç etməsi ilə bağlı verdiyi qərar həm də Kremlin itirilmiş mövqelərinin bərpasına hesablanıb.

R.Vardaryanın Qərbdəki imkanları və əlaqələri dünyadakı “erməni ideologiyası”ndan istifadə etmək və dəstək almaq üçün Kremlin əlinə ciddi fürsət verib.

Ermənistan rəhbərliyində təmsil olunan şəxslərin Rusiyaya səfərləri isə zərurət halında həyata keçirilir, İrəvanın Kremldən radikal qopması mümkünsüzdür. Çünki Ermənistan üçün nəfəslik rolunu oynayan əsas aparıcı sahələr Rusiyanın nəzarətindədir.

Qeyd etmək lazımdır ki, R.Vardaryan 2018-ci ildə Sarkisyanın əleyhinə çıxışlar etsə də, o da revanşist ermənilərin əsas himayəçilərindən hesab olunur və Kreml bu adamı “Qarabağ klanı”nın “yenilikçi” obrazı kimi qəbul etdirməyi bacarıb. Əgər R.Vardaryanın mövqeyi güclənsə, revanşist ermənilər də yenidən format olunacaqlar və Azərbaycanla Ermənistan arasında aparılan ülh danışıqlarına ciddi zərər vuracaqlar.

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR