ABŞ İran şirkətinə sanksiya tətbiq etdi
09 sentyabr, 2022 12:29
ABŞ administrasiyası Rusiyaya pilotsuz təyyarə göndərdiyinə görə İran şirkətini sanksiyalar siyahısına daxil etdiyini açıqlayıb.
ABŞ Maliyyə Nazirliyi Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İran PUA-larının Rusiyaya daşınmasında iştirak etdiyinə görə Tehranda yerləşən yerüstü xidmətlər provayderi "Safiran"ı sanksiyalar siyahısına əlavə edib.
Bəyanatda bildirilib ki, İran İnqilab Keşikçiləri Korpusu “Şahed” seriyası da daxil olmaqla, İran PUA-larının və onların komponentlərinin tədqiqi, inkişafı, istehsalı və təchizatı ilə məşğul olan daha 3 şirkət və 1 şəxs sanksiya siyahısına alınıb.