Qərbdən dost olmaz - Ərdoğan Putini haqlı sayır... 

09 sentyabr, 2022 16:02

Son günlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə bağlı çıxışları Avropa ölkələrini ciddi narahat etməyə başlayıb. Qardaş ölkə liderinin Qərblə münasibətdə Moskvanın müdafiəsinə qalxması, prezident Vladimir Putinin bəzi iradlarında haqlı olduğunu deməsi avropalı ekspertlər tərəfindən müxtəlif cür yozulur.

İddia edilir ki, Ərdoğan Ukraynada müharibənin davam etdiyi bir vaxtda Putinə dəstək verməklə, Moskvanın yanında olduğunu göstərir. 

“Rusiyadan hələlik taxıl daşınmır. Ona görə də Rusiya Prezidenti Vladimir Putin iradında haqlıdır. Digər tərəfdən, taxıl kasıb yox, zəngin ölkələrə daşınır. Kasıb ölkələrə də taxıl göndərilməlidir. Eyni zamanda, biz istəyirik ki, Rusiyadan da taxıl daşınsın. Bunu gözləyirik. Səmərqənddə Putinlə bu məsələni müzakirə edəcəyik”, - Ərdoğan çıxışında vurğulayıb.

Əslində nə baş verir? Ərdoğan-Putin yaxınlaşmasının səbəbləri nədir?

Bu barədə modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, prosesi dəyərləndirərkən Türkiyə və Rusiyanın hansı məsələlərdə mövqelərinin üst-üstə düşdüyünə fikir vermək lazımdır:

“Bir müddət əvvəl Putin belə fikir səsləndirmişdi ki, Rusiya-Qərb qarşıdurması nəticəsində guya Rusiya öz suverenliyini gücləndirəcək. Yəni Rusiyanın Qərbdən asılılığı azalacaq. Mən belə başa düşdüm ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkələrin öz suverenliyini qoruma prinsipinə görə dəstəkləyir. Ərdoğanın Putinin Ukraynada həyata keçirdiyi siyasəti dəstəklədiyini düşünmürəm. Bu, mümkün deyil. Ancaq Qərbin bəzən ikili standartlar nümayiş etdirməsi, ölkələrin daxili işlərinə qarışması, bir sözlə, suverenliyə aid məsələlərə münasibəti iki ölkənin mövqelərinin üst-üstə düşməsinə səbəb olur”.

Eks-nazirin fikrincə, Türkiyənin özü də Qərbdən narazıdır. NATO bəzi məsələlərdə, o cümlədən silah satışında Türkiyəyə qarşı ikili standart həyata keçirir. Bir sıra məqamlara görə Türkiyəyə sanksiya tətbiq olunub. Bu da Rusiya və Türkiyənin mövqelərinin yaxınlaşmasına gətirib çıxarır.

Bundan əlavə, T.Zülfüqarov Putinin Ukraynadan taxıl ixracı ilə bağlı mövqeyinin Ərdoğan tərəfindən dəstəklənməsinə də münasibət bildirib:

“Hələ pandemiya zamanı vaksinlər ilk növbədə kasıb ölkələrə yox, zəngin ölkələrə gedirdi. Qərbin bu tip məsələlərlə bağlı verdiyi sözlər çox zaman əməldə özünü göstərmir. İxracı razılaşdırılan taxıla ən çox Afrika və digər kasıb qitələrin ehtiyacı var. Lakin bu gün heç də bütün taxıllar həmin ərazilərə çatmır. Ərdoğanın bu məsələdə Rusiyanı dəstəkləməsi Qərbin ikili standartlarını tənqid kimi qiymətləndirilə bilər. Əslində, Rusiya ilə Türkiyənin maraqları çox zaman toqquşur. Ancaq yenə də deyirəm, Qərbin ikili standartları onları bir mövqedə birləşdirir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR