Qazaxıstan Ermənistana sülhməramlı göndərəcək?
14 sentyabr, 2022 11:06
Qazaxıstan sülhməramlılarının Azərbaycan-Ermənistan sərhədinə göndərilməsi məsələsi gündəlikdə yoxdur.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdi açıqlama verib.
Onun sözlərinə görə, ilk addım Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya komissiyasının işinin bərpa edilməsidir.