"Azərbaycanla münasibətləri sizə görə pozmayacağıq" - Rusiyadan ermənilərə xəbərdarlıq
16 sentyabr, 2022 00:06
"Biz Azərbaycanla münasibətləri sizə görə pozmayacağıq”.
Bunu Rusiya Prezidentinin köməkçisi Maksim Oreşkin deyib. O, ermənilərə xəbərdarlıq edib.
“Azərbaycan öz təhlükəsizliyini qorumağa başlayanda, ermənilər hər oyundan çıxırlar. Özləri birinci başlayırlar, sonra ondan-bundan yardım istəyirlər.
Azərbaycan Cənubi Qafqazın açar dövlətidir və bu düzgündür. Biz Azərbaycanla münasibətləri sizə görə pozmayacağıq.
Ağlınızı başınıza yığın və yola gəlin. Nə qərb, nə də başqası sizə kömək edən deyil!”, – deyə Oreşkin bildirib.