"Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq əsas hədəfimizdir" - Ərdoğan
18 sentyabr, 2022 01:42
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmağı hədəflədiklərini açıqlayıb.
Türkiyə mətbuatı xəbər verir ki, Ərdoğan bu haqda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 22-ci Zirvə Toplantısından sonra jurnalistlərə açıqlamasında danışıb.
Ərdoğan bu hədəfin Asiya qitəsinin qlobal iqtisadiyyatda oynadığı rolla əlaqəli olduğunu deyib:
"Təşkilatın coğrafiyasında 3,2 milyard insan yaşayır. Təşkilatın üzvləri 20 trilyon dollarlıq iqtisadi böyüklüyü ilə, qlobal ümumi daxili məhsulun yüzdə 30-dan çoxunu istehsal edir”.