Pelosinin Ermənistan səfərinin detalları - Rusiyalı politoloq

20 sentyabr, 2022 14:11

Elə siyasətçilər var ki, onları arxayınlıqla “siyasətçi-qarğa”lar adlandırmaq olar. Bu, şübhəsiz ki, ötən gün İrəvana gedən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə də aiddir. Pelosi qarğa kimi Ermənistanda özünü son dərəcə destruktiv aparırdı: iyrənc şəkildə Bakıya, Moskvaya, KTMT-yə tərəf səsini çıxardı, iki Qafqaz xalqının yeni sağalmağa başlayan qanlı yaralarını qoparmağa başladı. Və faktiki olaraq Ermənistandakı radikallara Cənubi Qafqazda yeni müharibəyə başlamaq üçün kart-blanş verdi, Ermənistanın hücum etmək hüququnun olduğunu bəyan etdi.

Bu sözləri ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı politoloq Vitali Arkov deyib.

“Xeyr, xanım Pelosi Ağ Evdəki bəzi insanlar qədər axmaq deyil. Ermənistandakı radikallar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini yenidən işğal etmək arzusundadırlar. Xanım Pelosi də qədim dostu Bayden kimi köhnə antisovetdir və onun qalmaqallı bəyanatları postsovet məkanında təkcə Rusiya deyil, Türkiyə və İranın da istər-istəməz girəcəyi yeni genişmiqyaslı müharibənin qızışdırılmasına yönəlib. Hər üç ölkənin ABŞ-la, yumşaq desək, narahat münasibətləri var. Bu, faktiki hərbi əməliyyatlarla yanaşı, Avrasiyanın mühüm hissəsinin - Hind okeanından Atlantik okeanına qədər - iqtisadiyyatının inkişafı üçün yeni təmələ çevrilən Şimal-Cənub layihəsinin həyata keçirilməsində uzun illər fasiləyə gətirib çıxaracaq. Bu, müəyyən dərəcədə Çinin Yeni İpək Yolu layihəsinin həyata keçirilməsinə də təsir edəcək.

Yəni bu siyasi qarğanın İrəvanda dedikləri ağlını itirmiş qoca demokratın cəfəngiyyatı deyil, Vaşinqtonun real niyyətlərinin mesajıdır.

O ki qaldı rəsmi İrəvanın açıq-aşkar təxribat xarakterli və böyük ölçüdə yalan dolu bəyanatlarına, Ermənistan rəhbərliyində bu təlxəklərin peşəkarlarla, yəni təcrübəli siyasətçilərlə əvəzlənməsinə ciddi ehtiyac var. O siyasətçilər ki, öz fəaliyyətlərində xalqlarının maraqlarını rəhbər tutacaq, ölkənin gələcəyini qonşuları ilə sıx əməkdaşlıqda quracaq, rifah və təhlükəsizlik vəd edən transavrasiya əlaqələrinin formalaşmasında fəal iştirak edəcək. Yəni İlham Əliyevlə, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanla eyni cərgədə olmağa çalışacaq siyasətçilər. Təəssüf ki, bu gün Ermənistan rəhbərliyində xarakterik əlamətləri ilə yetkinlik dövründə psixoloji ilişib qalan personajlar görürük. Onlar marionet taleyindən sevinclərini gizlətmirlər və məcburən özlərini və ölkələrini dağıdıcı və çirkin layihələrin həyata keçirilməsi üçün alət kimi təklif edirlər. Ukraynanın timsalında biz bunun sonda nəyə gətirib çıxara biləcəyinin acı nəticələrini görürük”, - Arkov bildirib(axar.az).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR