"Fransa tərəf tutdu, Rusiya sülhü təmin edə bilmədi..." - Brayza Pelosini də ifşa etdi

23 sentyabr, 2022 19:27

“Bu çox yaxşı xəbərdir ki, dövlət katibi Blinken Azərbaycan və Ermənsitan XİN başçıları arasında danışıqlara vasitəçilik edib. ABŞ-ın konfliktoloji təzyiqləri azaltmaqda böyük təcrübəsi var. O, həmçinin uzun müddət, Minsk Qrupunun üzvü olub. Lakin indiki məqamda bu qurum funksionallığını itirib. Çünki onun digər üzvü olan Fransa açıq şəkildə Ermənistanın tərəfini tutub, Rusiya isə sülhü təmin edə bilməyib. Nəticədə hazırda Azərbaycanda Minsk Qrupunu ölü qurum adlandırırlar. Çünki Qarabağ münaqişəsi artıq öz həllini tapıb və burada heç bir statusdan söhbət gedə bilməz".

Bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza sərhəd toqquşmasından sonra yaranmış situasiyanı Pressklub.az-a dəyərləndirərkən deyib. 

O, ölkəsinin İrəvan və Bakı arasındakı sülh danışıqlarında yeganə uğurlu vasitəçi olduğunu qeyd edib: 

"Bundan sonra növbədə sülh prosesini intensivləşdirmək durur ki, rəsmi Vaşinqton bu işə töhfə verə bilər. Lakin biz konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin son ziyarətindən gördük ki, ABŞ-da hamı mövcud status-kvo ilə razı deyil, xüsusilə Kaliforniyada”.

Sabiq səfirin sözlərinə görə, Pelosinin Ermənistana səfəri və səsləndirdiyi fikirlər rəsmi Vaşinqtonun real mövqeyini əks etdirmir, hətta Blinken sonuncu vasitəçilik təşəbbüsü ilə onun diplomatik səhvlərini düzəltməyə çalışıb: “Nensi Pelosi Kaliforniyadandır, burada isə güclü erməni diasporu var. Düşünürəm ki, Blinken və Bayden Pelosinin səfərindən çox da məmnun qalmayıblar. Buna görə də Blinken vəziyyəti düzəltməyə çalışır. Konqres ABŞ siyasətində azad qurumdur və Pelosinin Bayden administrasiyasından asılılığı yoxdur, nə istəsə edə bilər. O özü özbaşına seçim edə bilər. Açıq aşkar isə Blinken və Bayden bu münaqişədə tərəf tutmur, daha səmərəli yol tutmağa və tərəfsiz mediator olmağa çalışırlar”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR