Paşinyanın növbəti yalanı...

24 sentyabr, 2022 17:06

Ermənistanın Baş nazir Nikol Paşinyanın Azərbaycanla sərhəd bölgəsinə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi ilə bağlı iddiaları başdan ayağa böhtan və yalandan ibarətdir. Bu cür düşüncəyə necə qiymət vermək olar? Çox təəssüflər olsun ki, belə bir ikiüzlü siyasətçi ilə Azərbaycan danışıqlar aparmağa məcburdur. N.Paşinyanın bir sözü, yalanı səhərisi günü başqa ifadə ilə əvəz olunur. Görünən isə odur ki, bu cür patoloji yalançıların düzəlməsi mümkün deyil.

Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O hesab edir ki, Ermənistan tərəfi hər bir mərhələdə, danışıqlar səviyyəsində xəyanət siyasətini əllərində bayraq edib:

“Osmanlı dövründən başlayaraq ermənilər hansı dövlətin zəifliyini hissi ediblərsə, dərhal ona xəyanət etməyə başlayıb. Məhz Osmanlı dönəmində ermənilərin davranışı bu cür olub. İndi isə Rusiyaya qarşı onlar açıq xəyanət yolu seçiblər. Halbuki onlar Rusiyanı hər zaman özlərinə böyük qardaş, az qala qalxan hesab edirdilər. Bəs nə baş verdi ki, ermənilər bir anın içərisində Rusiya prezidentinin şəkillərini Nensi Pelosinin portretləri ilə əvəzlədilər? Daha sonra isə ABŞ-a müraciət etməyə başladılar. Amm vaxtilə Rusiya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkiları deyib oturmuşdular. İndi isə KTMT-dən çıxmaq niyyətindədirlər”.

Səməd Seyidova görə, ermənilər Avropa Birliyi, ABŞ-la da ünsiyyətdə ola-ola onlara da xəyanət edir:

“Avropanın ən ali məmurlarından bir olan Şarl Mişelin yanında əldə edilmiş razılıqlara ermənilərin açıq xəyanətini indi hər kəs gördü. Brüsseldə bir söz deyib, İrəvanda, Moskvada başqa şeylərdən danışan da məhz ermənilər idi. Ona görə də, onların Amerika-Amerika deməklərinə baxmayın! Quyruqları qapı arasında qalan kimi, yenə Rusiya deyəcəklər. Bu baxımdan da, onların siyasətini təhlil etmək çox çətindir. Amma hər bir halda bizim üçün aydın olan odur ki, onlar bu xəyanət siyasəti ilə vaxt udmağa çalışır. Onu da müstəqil siyasətləri olmadığına görə edirlər”.

Millət vəkili Ermənistanın son təxribatlarının da məhz prosesdə mümkün qədər vaxt uzatmağa hesablandığını söyləyib:

“Əgər Ermənistan bu gün Azərbaycanla sərhəd xəttindən danışırsa, öncə bu sərhəd xətti müəyyənləşməlidir. Məhz bundan sonra hansısa bir sərhəd xəttindən danışmaq olar. Ermənistan bu gün ərazisinə hansısa bir “hücumdan” danışırsa o ilk öncə özünün ərazi məsələsini həll etməlidir. Hələ də Azərbaycanın kəndləri erməni işğalındadır, Zəngəzur dəhlizi, kommunikasiyalar açılmayıb. Ermənistan bu məsələdə də üzərinə düşən işi görmək istəmir. Azərbaycan isə öz ərazisində kommunikasiyaların açılması üçün bütün zəruri işləri görüb. Bütün bunlar ona dəlalət edir ki, onlar hələ də Azərbaycanın regional və qlobal miqyasda artan rolunu həzm edə bilmirlər”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR