İşsizlik, yeni böhran dalğası... - Ekspert həyacan təbili çaldı

25 sentyabr, 2022 16:07

Dünya iqtisadiyyatında çox təhlükəli və uzun zaman fəsadları qala biləcək durum yaranıb.

Bunu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli payızda iqtisadi böhranın dərinləşəcəyi barədə proqnozları dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, təhlükəli vəziyyətin yaranması bir çox amillərlə bağlıdır:

“Həm pandemiya dövrünün iqtisadi olaraq doğru idarə olunmaması, həm Rusiyanın Ukraynaya hərbi təcavüzü, həm də qloballaşmanın arxa plana keçib fraqmental dünyanın yaranması, bütün bunlar ciddi şəkildə iqtisadi proseslərə təsir göstərdi. İndi ən böyük təhlükələrdən biri inflyasiyadır”.  

Ekspert inkişaf etmiş ölkələrdə inflyasiyanın ikirəqəmli həddə çatdığını vurğulayıb:

“Məhz inflyasiya ilə mübarizəyə görə Federal Ehtiyatlar Sistemi (FED) başda olmaqla, bütün aparıcı ölkələrin mərkəzi bankları faiz dərəcələrini artırmağa qərar verdilər. Uçot dərəcəsinin artırılmasına qərar verdilər ki, inflyasiyanı cilovlamaq mümkün olsun. İqtisadi nəzəriyyə görə, bu yoldan istifadə etmək olar. Yəni inflyasiyanı cilovlamaq üçün iqtisadi aktivliyi azaltmaq və faizləri yüksəltmək lazımdır. Amma bunun da çox ciddi fəsadları var. Faizlər və kreditlər bahalaşdıqca, ümumiyyətlə, pul vəsaitinə çıxış və iqtisadi aktivlik azalır. Nəticədə resessiya (iqtisadi fəallığın bir müddət davamlı olaraq geriləməsi-red) yaranır. Bu da işsizlik və əlavə problemlər deməkdir”.

Natiq Cəfərli hesab edir ki, hazırkı durumda vəziyyətdən uğurlu çıxış yolu yoxdur:

“İndi mərkəzi banklar çox pislə pis arasında seçim etməyə məcburdur. Çox pis kimi inflyasiyanı qiymətləndirirlər. Çünki böyük ictimai narazılıq görürlər. Pis isə iqtisadi daralmadır. Yəni ortada yaxşı bir çıxış yolu yoxdur. Ona görə də dünyada ərzağa çıxış imkanları ilə  bağlı problemlərin davam etməsi gözlənilir. Dünya ölkələrinin, o cümlədən ABŞ və Avropa İttifaqı ölkələrinin iqtisadiyyatının daralması gözlənir. Bu isə bütün dünyaya dalğavari təsir göstərəcək. Hətta ilin sonunda Çində tarixin ən aşağı iqtisadi göstəricilərinin qeydə alınması gözlənilir. Ona görə də, dünyadakı geosiyasi vəziyyət düzəlməsə, hər şey normal beynəlxalq hüquq çərçivəsində olmasa,  təəssüf ki, dünya iqtisdiyyatını həm bu payız, həm qış aylarında, gələn ilin əvvəllərində çox ciddi resessiya gözləyir. Bu da dünyada növbəti böhran dalğasını özü ilə gətirəcək”(modern.az). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR