Rusiyadan Bakıya axın hansı problemlər yarada bilər? - Ekspert

28 sentyabr, 2022 13:46

Məlum olduğu kimi, Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra bu ölkənin vətəndaşlarının bir qismi Azərbaycana üz tutub.

Təxmini hesablamalara görə, Rusiyada 2 milyondan artıq azərbaycanlı yaşayır. Onların bir qismi Rusiya vətəndaşıdır. Nəzərə alsaq ki, 18 yaşından 60 yaşa qədər ehtiyatda olan hərbçilərin, hərbi mükəlləfiyyəti olanların çağırışı elan edilib, bu, həm də Rusiya vətəndaşı olan azərbaycanlıları əhatə edir. Mövcud vəziyyət orada yaşayan azərbaycanlıların, eləcə də digər millətlərdən olan şəxslərin Azərbaycana gəlməsinə səbəb olmaqdadır. Bu axının isə ölkədə mənfi sosial-iqtisadi nəticələr doğuracağı proqnozlaşdırılır.

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli bakupost.az -a açıqlamasında bildirib ki, Azərbaycan MDB ölkərinə nisbətən Rusiya vətəndaşlarını ən az rus qəbul edən ölkədir.

İqtisadçı bildirib ki, bizim quru sərhədlər bağlı olduğundan onlar ancaq hava nəqliyyatı vasitəsilə Azərbaycana daxil ola bilirlər:

"Gələnlərin sayı hələlik kritik həddi aşmayıb. Son 10 gündə Gürcüstana artıq 100 min, Qazaxıstana 107 min, Türkiyəyə isə təxminən 150 minə yaxın Rusiya vətəndaşının gəldiyi deyilir. Hətta 66 min vətəndaşın Avropa Birliyi ölkələrinə keçdiyi də bildirilir. Bu rəqəmlərlə müqayisədə Azərbaycana gələnlərin sayı o qədərdə çox deyil. Amma bu o demək deyil ki, bu say artmayacaq".

Ekspert bildirib ki, bu axının ilk fəsadları kimi Azərbaycanda kirayə mənzil və daşınmaz əmlak bazarında qiymətlərin yüksəlməsi özünü çox tez biruzə verə bilər:

"Bəzi məlumatlara görə, hazırda bu, baş verir. Digər tərəfdən, əgər axın həddindən artıq çox olacaqsa, eyni zamanda Rusiyanın gələcəyilə bağlı proqnozlar özünü doğrultsa, o zaman soydaşlarımızın və digər Rusiya vətəndaşlarının daha kütləvi axını ilə qarşı-qarşıya qala bilərik. Azərbaycana 10 min-100 min arası insan gələ bilər. Lakin Azərbaycanın indiki infrastrukturu buna hazır deyil. Öləkimiz nə iş yerləri, nə sosial problemlərin həlli, nə də mənzil bazarı baxımından buna hazırdır. İş yerlərilə bağlı problem varkən, yeni axın bu məsələni daha da aktuallaşdıra bilər. Həmçinin sosial gərginlik arta bilər ki, bu da kifayət qədər ciddi fəsadlar deməkdir. Ona görə də bu məsələni daim diqqətdə saxlamaq, infrastruktur və sosial-iqtisadi baxımdan hazırlıq görmək lazımdır. Çünki həddindən artıq qarışıq, böyük müharibələrin qızışdığı bir dünyada Azərbaycanda sabitlik olduğu üçün axın etmək istəyən insanların sayı arta bilər. Amma Azərbaycan buna hazır deyil. Onsuzda Bakı və Abşeron çox yüklənib".

N.Cəfərli qeyd edib ki, daha uzun və orta müddətli planların elan olunmasına ehtiyac var:

"Rusiyada yaşayan soydaşlarımızın böyük əksəriyyəti işğaldan azad olunmuş torpaqlardandır. Qonşu ölkədəki iş adamlarını, əlində vəsaiti olan insanları işğaldan azad olunmuş rayonlarda məskunlaşdırmaq üçün dövlət proqramına ehtiyac var. Onlar investisiya qoya, iş yerləri aça və həmin bölgələrdə canlanmaya səbəb ola bilərlər. Yəni, biz bunu Bakı və Abşeronla məhdudlaşdırsaq, gələcəkdə baş verəcək ciddi problemlərin qarşısını ala bilmərik. Bakı insan sayına görə artıq yaşanılmaz hala gəlib. Bu sayın getdikcə daha çox artması çox böyük sosial infrastruktur problemlərinin yaranmasına səbəb olacaq".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR