Overçuk Cənubi Qafqazda eksterritorial dəhlizlərin yaradılmasının mümkünsüz olduğunu bildirib

01 oktyabr, 2022 12:21

Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu (Rusiya Federasiyası, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri rəhbərlik edirlər) ciddi şəkildə tərəflərin suverenliyi prinsipi əsasında qərarlar hazırlayır, regionda hər hansı eksterritorial dəhlizlərin yaradılmasından söhbət gedə bilməz.

Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Rusiya hər zaman tərəflərin suverenliyi prinsipini dəstəkləyib və üç ölkə liderinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının mövqeyini müdafiə edir. Bu o deməkdir ki, baş nazir müavinlərinin üçtərəfli işçi qrupunun danışıqlarında tərəflərdən hər hansı birinin suverenliyinə hansısa şəkildə xələl gətirə biləcək "eksterritorial dəhliz"dən söhbət gedə bilməz",- Overçuk "Rossiyskaya qazeta"ya müsahibəsində bildirib.

O qeyd edib ki, “üçtərəfli işçi qrupu formatında işin lap əvvəlindən Rusiya tərəfinin müzakirə olunan bütün məsələlərə yanaşması olduqca birmənalı və aydın olub -  üç ölkə liderinin razılaşdırdığı məqsədə nail olunmasını təmin etmək. Bu, belə olaraq da qalır”.

Overçuk bildirib ki, “tam olmayan iki il ərzində böyük zəhmət tələb edən  işlər görülüb, nəticədə danışıqlarların iştirakçıları reallaşacağı təqdirdə regionda blokadanın yarılmasına gətirib çıxara biləcək marşrutlar haqqında təsəvvürə malikdirlər”.

“Lakin yolların açılması və ya tikintisi tərəflər ölkələr arasında sərhədi keçmənin hüquqi rejimini, habelə bu yollarda hərəkəti dəqiq müəyyən etdikdən sonra mümkündür”, - baş nazirin müavini açıqlama verib.

Onun sözlərinə görə, “danışıqlar zamanı bu rejimin müəyyənləşdirilməsinə yanaşmaların əsasını təşkil edən prinsipin işlənib hazırlanması vacibdir. Yol kimin ərazisindən keçirsə, onun üzərində suverenliyi həmin ölkə həyata keçirir”. Bu o deməkdir ki, əgər yol Ermənistan ərazisindən keçirsə, bu, Ermənistanın yoludur, Azərbaycan ərazisindən keçirsə, Azərbaycanın yoludur”, - Overçuk deyib.

O qeyd edib: “Praktikada bu prinsipin reallaşması o deməkdir ki, Azərbaycandan Ermənistan ərazisinə blokadadan çıxmış və ya yeni inşa edilmiş yolla daxil olmaq üçün sərhəd və pasport nəzarəti tədbirləri həyata keçiriləcək, məsələn, İrandan Ermənistana girişdə olduğu kimi. Analoji pasport nəzarəti Ermənistandan Azərbaycana girişdə də olacaq”.

Bundan əlavə, RF baş nazirinin müavini bildirib ki, “tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq, yollardan istifadənin ödənişli olması, həmçinin bir ölkənin vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərinin digər ölkənin ərazisindən hərəkəti zamanı təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə edilir.

Onun qiymətləndirməsinə görə, “bu gün tərəflərin hamısı hər hansı tərəfin suverenliyinə xələl gətirmədən bu məsələlərin praktiki reallaşmasının mümkünlüyünü başa düşür”. Lakin danışıqlar o zaman başa çatacaq ki, bütün hüquqi aspektlərin nəzərə alındığına, heç nəyin qaçırılmadığına və heç kimin əldə edilmiş nəticəni qarşı tərəf üzərində qələbə kimi yozmayacağına tam əminlik yaransın. Danışıqların uğurla başa çatması onların bütün iştirakçılarının ümumi qələbəsi olacaq”, - Overçuk deyib.

“Bu o deməkdirmi ki, üçtərəfli işçi qrupu Azərbaycanla Ermənistan arasında sərhədi keçmə rejiminin adətən hamının normal münasibətlərə malik ölkələr arasında görməyə öyrəşdiyi rejim kimi olması üzərində işləyir?” sualına baş nazirin müavini belə cavab verib: “Tamamilə doğrudur. Biz buna doğru gedirik”.

Overçuk etiraf edib ki, “üçtərəfli işçi qrupu Ermənistanla Azərbaycan arasında baş verən hadisələrdən təcrid olunmuş şəkildə işləyə bilməz: hər dəfə sərhəddə vəziyyətin gərginləşməsi danışıqlar prosesini ləngidir, tərəflərin biri üçün məqbul olmayan terminologiyadan istifadə danışıqlar prosesini ləngidir, hər dəfə prosesə bəlkə də xoş məramla yeni üzvlər daxil olmağa cəhd edərkən proses ləngiyir. Hər dəfə bu baş verəndən sonra danışıqlarda fasilə yaranır və vəziyyətin bir qədər səngiyib aydınlaşmasını gözləmək lazım gəlir”, - o deyib.

Baş nazirin müavini bildirib: “Öz həmkarlarımla daimi ünsiyyətdən bilirəm ki, hər iki tərəf bunu səmimi şəkildə başa düşür və sülhə, çiçəklənməyə can atır, belə ki, qonşularla münaqişə şəraitində buna nail olmaq mümkün deyil”.

“Demək olar ki, sentyabr faciəsindən dərhal sonra bu və digər tərəfdə danışıqlar üzrə  həmkarlarımla əyani görüşə bildim. Tərəflərdən heç biri hadisələrin bu cür inkişafını istəmirdi, lakin gərginliyin və inamsızlığın səviyyəsi hələlik elədir ki, tərəflərin hər birinin istənilən ehtiyatsız hərəkəti heç kimin istəmədiyi nəticələrə gətirib çıxara bilər”, - Overçuk fikrini yekunlaşdırıb.

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub