"Rusofobiya ən yüksək həddə çatıb, Avropada və Amerikada soyqırım səviyyəsindədir..." - "Sport-express" nəşri

03 oktyabr, 2022 08:16

Şahmat üzrə 12-ci dünya çempionu Anatoli Karpov Cenevrəyə BMT-nin mənzil-qərargahına baş tutmayan səfəri haqqında danışıb.

Bu həftə Rusiyanın məşhur şahmatçısı Anatoli Karpov Cenevrədə BMT-nin mənzil-qərargahında "Dünya çempionu" bədii filminin nümayişində iştirak edə bilməyib.

Bu film vaxtilə dünya çempionu Anatoli Karpovla çempionluğa namizəd Viktor Korçnoy arasında dünya birinciliyi uğrunda mübarizəyə həsr edilib. 

Nümayişin təşkilatçıları əfsanəvi rusiyalı qrossmeysteri filmin nümayişində görmək istəyib. Lakin İsveçrə Karpova viza vermədiyindən o, tamaşaçılara videomüraciət etməklə kifayətlənib. 

Bu barədə şahmatçı "Sport-express" nəşrinə müsahibəsində danışıb.

Məsələ ən yüksək səviyyədə həll edilib...

"Əlbbəttə, filmin nümayişində iştirak etmək istərdim, - Karpov etiraf edib. - Lakin məlumat tamam başqa səmtə yönəlib. Hər şey sanki razılaşdırılıb. Rusiya vətəndaşları bilməlidir ki, bizə münasibət çox dəyişib. Hətta ölkəmizin tanınmış adamlarına da. İndiki şəraitdə əgər sizin, məsələn, Fransanın verdiyi Şengen vizanız varsa, yalnız bu ölkəyə gedə bilərsiniz, başqa ölkəyə çətin. Alman vizanız varsa, Almaniyaya gedə bilərsiniz.

Mənim Almaniyaya 5 illik Şengen vizam var. Biz İsveçrənin Moskvadakı səfirliyinə məktub yazdıq. Şifahi olaraq bizə dedilər ki, alman vizası ilə mən İsveçrəyə gedə bilərəm. Hər halda bizim Cenevrədə səfirliyimiz nota dərc edib İsveçrə hökümətinə göndərib. Hər şey ən yüksək səviyyədə həll edilib. Bundan sonra proses inkişaf edib, mən İsveçrəyə getməliyəm. Lakin isveçrəlilərin mövqeyi dəyişib.

Görünür, onlar beynəlxalq şəraiti dəyərləndiriblər. Filmin nümayişi 27 sentyabra nəzərdə tutulub. O zaman "DXR", "LXR", Xerson və Zaporojyedə referendumlar sona çatıb. Onlar bu hadisələri bir-birilə əlaqələndirib, anlayıblar ki, bu filmi göstərmək siyasi cəhətdən o qədər də məqsədəuyğun deyil.

Burada bizim Cenevrədəki səfirimiz Qatilov Cennadi Mixayloviçin zəhmətini qeyd etmək lazımdır. O, mümkün olmayanı edib. Məhz onun təşəbbüsü ilə Cenevrədə BMT meydançası bu filmin nümayişinə verilib. İndiki şəraitdə bu, inanılmaz uğurdur. Amma mən gedə bilmədim. KİV-lər məlumat verib ki, məni İsveçrəyə buraxmayıblar. Lakin bu, belə deyil. Mən İsveçrə vizası almalı idim və bu ölkənin konsulluğuna müraiət etməyə mənim zamanım olmayıb. 

Tarixin nə idmana, nə də şahmata aidiyyəti yoxdur

İndi sən hər hansı ölkəyə getsən, bunun səbəbini və proqramını izah etməlisən. Mən Almaniyaya gedə bilmədim. Orada hər hansı proqramım olmayıb. Mən Almaniyaya gedib oradan İsveçrəyə gedə bilərdim. Lakin almanlar məndən bunun səbəblərini soruşub. Mən desəydim ki, İsveçrəyə getmək üçün ölkənizdən tanzit kimi istifadə edirəm, məni buraxmayacaqdılar.

Bütün bunlar, sadəcə, bürokratiya deyil. Bu, Rusiyaya və onun vətandaşlarına münasibətdir. Biz bilməliyik ki, hazırda rusofobiya ən yüksək həddə çatıb. Avropa və Amerikada isə rus xalqının soyqrımı səviyyəsindədir.

Mən tamaşaçılara videomüraciət etdim. Hərçənd, şəxsən iştirak etmək tamam başqa məsələdir. İsveç Federasiyası filmi göstərmək istəyib. Lakin viza məsələsinin nə idmana, nə də şahmata aidiyyəti yoxdur. Bu proqramı biz müxtəlif ölkələrdə "İcəsənət birləşdirir" adı altında həyata keçirirk. 

Xatırladaq ki, Anatoli Karpovla Viktor Korçnoy arasında şahmat üzrə dünya birinciliyi uğrunda matç 1978-ci ildə keçirilib. Bunda 2 il öncə Korçnoy SSRİ-ni tərk edib, Hollandiyadan siyasi sığınacaq istəyib, nəticədə İsveçrədə yaşamalı olub. SSRİ-ni tərk etdikdən sonra o, sovet vətəndaşlıqdan məhrum edilib və FİDE-nin bayrağı altında çıxış edib. Ona görə də bu matç bir çoxları tərəfindən SSRİ və Qərb ölkələri arasında qarşıdurma kimi qəbul edilib. Oyun 6:5 hesabı ilə Karpovun xeyrinə qurtarıb və o, dünya çempionu adını qoruyub saxlayıb. 

"Anatoli Karpov bu filmin həmmüəlliflərindən biri olub. Bu film onun taleyi haqqındadlr. Onun öz taleyi və öz davranışlarından zamana baxışıdır. Film gələcək haqqında düşünməyə sövq edir", - SİTA  Cenevrədəki layihə təşkilatçılarından birinin sözlərindən iqtibas gətirib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR