"Ukrayna döyüşlər bitməyənədək NATO-ya daxil ola bilməyəcək" - "New York Times" nəşri
03 oktyabr, 2022 10:18

NATO döyüşlər bitməyənədək Ukraynanı Alyansa qəbul etməyəcək.
Bu barədə "New York Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, əks halda NATO-nun Nzamnaməsinin 5-ci maddəsinin tələbinin (qarşılıqlı müdafiə) dəyişdirilməsi gərəkdir. Alyansın müharibə aparan ölkəni öz sıralarına qəbul etməsi ehtimalı azdır.
Qəzet ekspertlərə istinadla yazır ki, Ukraynanın NATO-ya üzv olması üçün illərlə vaxt tələb olunur.