Bu gün sülh müqaviləsi imzalanacaq? - Amerikalı ekspertlər "yox" deyir

06 oktyabr, 2022 14:10

“Hesab edirəm ki, sizin istinad etdiyiniz mətbuat xəbərlərində hansısa anlaşılmazlıq və ya səhv ola bilər. Çünki bu gün Praqada imzalana bilənəcək hər hansı bir sülh müqaviləsi yoxdur”.

Bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.

Eks-səfir Çexiyanın paytaxtı Praqada keçiriləcək olan Əliyev-Paşinyan görüşündə sülh müqaviləsinin imzalanacağı ilə bağlı erməni mətbuatının ortaya atdığı iddiaya münasibət bildirib.

“İndiyə qədər aparılan müzakirələr, məsələn, Prezident Əliyevlə Baş nazir Paşinyanın avqustun 31-də baş tutan görüşü yekun sülh müqaviləsinə nail olmaq üçün bu prosesdə ciddi danışıqların başlaya biləcəyi ilə bağlı olub. Ona görə də bu danışıqlar Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin tarixində həqiqətən də görünməmiş səviyyədə tam məxfilik şəraitində aparılmasa, təsəvvür edə bilmirəm ki, bu gün sülh müqaviləsi imzalana bilər. Amma ümid edirəm ki, iki lider, bu gün görüşdükdən sonra və növbəti görüş Prezident Ərdoğanla ola bilər. Ümid edirəm ki, iki lider sülh müqaviləsinə nail olmaq üçün ciddi danışıqlara başlamağa razıdırlar”.

Amerikalı politoloq Pol Qobl isə məsələylə bağlı fərqi baxış bucağından çıxış edib:

“İki ölkə və liderlərin əsas məsələlərdə bir-birindən nə qədər uzaq olduğunu nəzərə alsaq, sülh müqaviləsinin imzalana biləcəyini təsəvvür etməkdə çətinlik çəkirəm. İmzalansaydı, bu, ya bir tərəfin dağılmasına işarə edərdi, ya da heç bir real sülhə qovuşmazdı. Düşünürəm ki, sərhəddə razılaşma ola bilər, amma ümumi sülhün əldə olunacağına inanmıram”(yenisabah.az). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR