Bakı İrəvanı buna məcbur etdi - Vigen Akopyan

08 oktyabr, 2022 10:35

Praqada dörtərəfli görüşün (İlham Əliyev, Şark Mişel, Emmanuel Makron və Nikol Paşinyan – red.) nəticəsi olaraq qəbul edilən bəyanatla Azərbaycan Ermənistanı hüquqi olaraq Qarabağ məsələsindən imtina etməyə vadar etdi.

Bu sözləri erməni mediasına açıqlamasında Praqa bəyanatını şərh edən politoloq Vigen Akopyan deyib.

Akopyan bildirib ki, artıq Ermənistanın “Qarabağ qarşısında” heç bir hərbi-siyasi öhdəliyi yoxdur:

“Doğrudur, Paşinyan Xankəndi-Bakı dialoqu haqda danışır. Ancaq biz yaxşı bilirik ki, Bakı heç vaxt buna getməyəcək – xüsusilə İlham Əliyev. İlham Əliyev bu barədə dəfələrlə bəyanat verib”.

Akopyanın fikrincə, hazırda Qarabağdakı əhali və rus sülhməramlılar özləri məsuliyyət daşıyırlar:

“Buna görə də digər məsələlər artıq Rusiya ilə müzakirə ediləcək. Gerisini də bilirik: Azərbaycan vaxtı çatanda rus sülhməramlıların çıxmasını tələb edəcək və bildirəcək ki, erməni əhali üçün heç bir təhdid yoxdur. Bu cür “açılımın” səbəbi odur ki, Ermənistan özü ərazi bütövlüyü məsələsi ilə üz-üzə qalıb. Paşinyan təsadüfən demir ki, əsas hədəf Ermənistanın 29,8 min kv.km ərazisini qorumaqdır. Buna görə o, 1991-ci il sənədinə müraciət edib. İrəvanın Qarabağdan imtinası nəticəsində Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa razılaşa bilər. Bu mənada Paşinyanın xanımı Anna Akopyanın qəzetində dərc edilən məlumata diqqət çəkilməlidir. Orda bildirilirdi ki, Azərbaycan 1919-1920-ci illər xəritəsi ilə sərhədlərin müəyyən edilməsini tələb edir”.

Akopyan qeyd edib ki, buna baxmayaraq, ilin sonuna qədər sülh sazişi imzalansa belə, xəritəsiz keçinmək olmayacaq:

“Sülh imzalansa da, sərhədlərin delimitasiya və demarkasiyası aparılmalıdır. Bu baxımdan sülh sazişi ümumi xarakter daşıyacaq, delimitasiya və demarkasiya, torpaq məsələləri, o cümlədən anklavlar (Qazaxın 7 kəndi və Naxçıvanın bir kəndi nəzərdə tutulur – red.) əlavə olaraq həll ediləcək. Bunları isə xəritəsiz həll etmək mümkün deyil”.

O ki qaldı AB-nin “mülki missiya”nı Ermənistana göndərməsinə, Akopyan hesab edir ki, burada İrəvan “hiyləgər” bir gediş edib:

“Erməni tərəfi yaxşı bilir ki, yeni aktorların gəlişi Rusiya və İranın hansı reaksiyasına səbəb ola bilər. Məhz buna görə də bəyanatda belə bir formul seçilib. Regiona, əslində isə Ermənistana sərhəddəki vəziyyəti yoxlamaq üçün beynəlxalq güclər gəlir və bu rus gücləri deyil, KTMT də deyil. Nəticə etibarilə, missiyanın Ermənistan-Rusiya münasibətlərinə guya zidd olmaması üçün onları “mülki missiya” sousu altında təqdim etmək qərara alınıb. Amma onun o qədər də “mülki” olmayacağı göz qabağındadır. Ermənistan indiyə qədər də bölgəyə beynəlxalq oyunçuları cəlb etməyə çalışırdı”.

Akopyan onu da xatırladıb ki, beynəlxalq oyunçuları ərazisinə buraxan Bakı deyil.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR