"Ucuz başa gəlsin deyə, istehsalçılara deyiblər ki, dərmanın tərkibində…"

10 oktyabr, 2022 16:51

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus bugünlərdə Britaniyanın "The Guardian" nəşrinə müsahibəsində bəzi dərman və siropların uşaq orqanizminə çox mənfi təsirlərindən bəhs edib. Onun deməsinə görə, belə hallar Afrikanın Qambiya bölgəsində 66 uşağın ölümü ilə nəticələni

Azərbaycana da dünyanın bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdən dərman gəlir. Rəsmilərin onların keyfiyyətli olmasına dair iddialarına baxmayaraq, bəzi ekspertlər hesab edirlər ki, Azərbaycana da bir çox keyfiyyətsiz dərmanlar gətirilir.

"Bu dərman orada beş dəfə ucuzdur"

Adını çəkmək istəməyən bir şikayətçi AzadlıqRadiosuna bildirib ki, yüksək qan təzyiqinə qarşı olan dərmanlardan biri Azərbaycanda baha satılsa da, effekti azdır: "Azərbaycanda bu dərmanın qiyməti 27 manatdır. Gündə bir ədədini içməli olsam da, hərdən ikisini içməliyəm ki, effekti olsun. Türkiyədən mənə gətirilən eyniadlı dərman isə daha yaxşı təsir göstərir. Həm də bu dərman orda beş dəfə ucuzdur".

"Dərman vasitələri haqqında" Qanunun 1.0.14 maddəsinə əsasən, dərman vasitələrinin keyfiyyəti onların dövlət standartlarının tələblərinə uyğunluğu deməkdir. Həmin qanunun 3-cü maddəsinə əsasən isə, dövlətin əsas vəzifələrindən biri əhalinin keyfiyyətli dərman vasitələri almaq hüququna təminat verilməsi,.. keyfiyyətli, effektiv və təhlükəsiz dərman vasitələrinin müəyyən edilməsi üçün elmi tədqiqatların aparılmasıdır.

Qanunda həmçinin yazılıb ki, dərman vasitələrinin keyfiyyətli, effektiv və təhlükəsiz olmadığına dair əsaslandırılmış faktlar müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanı onların dövlət qeydiyyatına alınmasını və Azərbaycanda tətbiqini qadağan edir.

"Bizdə dərman monopoliyası var"

"Azərbaycan Həkimləri" İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev də AzadlıqRadiosuna bildirib ki, bu sahədə Azərbaycanda vəziyyət bərbaddır: "Çünki bizdə dərman monopoliyası var. Üstəgəl, Azərbaycana gətirilən dərman preparatlarının tam dəqiq yoxlanmasında ciddi problemlər var. Misal üçün, monopoliya olduğuna görə ölkəyə dərman gətiriləndə deyirlər ki, bu, filankəsin adamıdır, onu dərindən yoxlamayın".

Həkimin sözlərinə görə, ölkədə fəaliyyət göstərən xarici apteklər şəbəkəsində satılan dərmanların təsiri ölkədəki digər apteklərdə satılan dərmanların təsirindən daha çoxdur: "Bu, heç kimə sirr deyil. Eşitdiyimə görə, xaricdən dərman idxal edən bizimkilər ucuz başa gəlsin deyə, istehsalçılara deyiblər ki, dərman preparatının tərkibində təsiredici maddəni az qoysun".

Dərmanlar belə yoxlanır…

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən isə "Turan"a bildirilib ki, Azərbaycana idxal edilən dərman vasitələrinin keyfiyyəti Mərkəzin Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinin yoxlanılması laboratoriyasında yoxlanılır.

Qurumdan tənqidlərə cavab olaraq əlavə edilib ki, Analitik Ekspertiza Mərkəzinə keyfiyyətsiz dərmanla bağlı müraciət qeydə alınmayıb: "Heç bir etibarlı istehsalçı dərman vasitəsinin tərkibinə dəyişiklik etməz. Çünki etdiyi təqdirdə bu məlumat dünyada rezonansa səbəb olar, bu da, öz növbəsində, istehsalçının adına ziyan olar. Əsassız iddialardır. Kimdəsə hər hansı əsaslı fakt olarsa, Mərkəzə müraciət etmələri tövsiyə olunur".

Vurğulanıb ki, dərman vasitələrinin keyfiyyətinə təsir edən amillər daşınma, saxlanma, istehsal şəraiti, insan faktoru və digər səbəblər ola bilər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR