İş axtaran hər 25 gəncdən biri iş tapa bilir - Ölkədə iş yerləri ancaq Abşeron yarımadasında yaranır...

12 oktyabr, 2022 15:38

Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tərkibindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın açıqladığı rəqəmlər ölkədə iş tapmaqla bağlı çətinlikləri göstərir. Burada ən çox diqqətçəkən məqam gənclər arasında iş imkanlarının məhdudluğudur.

Qurumun nümayəndəsi bildirib ki, Azərbaycanda 20-25 yaş arasında olan və iş axtaran şəxslərin hər 25 nəfərindən biri (cəmi 4 faizi) iş tapa bilir.

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərdən də görünür ki, ölkədə gənclər arasında işsizlik digər yaş qruplarıyla müqayisədə daha və kəskin dərəcədə yüksəkdir. Bu ilin əvvəlinə olan göstəriciyə görə, Azərbaycanda 20-24 yaşlılar qrupundakı şəxslər arasında işsizlik qadınlar arasında 16.4 faizə, kişilər arasında isə 12.3 faiz olub. Bunlar ölkə üzrə orta göstəricidən iki-üç dəfə yüksək rəqəmlərdir.

Gənclərin işsizliyini coğrafi baxımdan gözdən keçirəndə məlum olur ki, şəhərlərdə işsizlik səviyyəsi daha çoxdur. Şəhərlərdə yaşayan 20-24 yaşlı kişilər arasında işsizlik səviyyəsi 22.3 faizdir.

Şəhərlərdə yaşayan eyni yaş qrupundakı qadınlar arasında bu rəqəm 16 faizi ötür. Kəndlərdə isə, əksinə, qadınlar arasındakı işsizlik kişilərlə müqayisədə daha yüksəkdir. 20-24 yaşlılar arasında kəndlərdə yaşayan qadınların rəsmi işsizlik göstəricisi 16.5 faiz olduğu halda, kişilərdə bu göstərici 3.8 faizdir.

Yaş artdıqca iş tapmaq çətinləşir

Observatoriyanın açıqladığı rəqəmlər arasında yaş tələbi də diqqət çəkir. Qurumun araşdırmasında üzə çıxıb ki, Azərbaycanın əmək bazarında işəgötürənlərin tələb etdiyi ortalama yaş 33-dür. Qadınlara təklif edilən iş yerlərində tələb edilən orta yaş 30-a, kişilərdə 35-ə bərabər olub. Yaş qrupları üzrə ən çox problemlə üzləşən qrup yaşı 45-i aşanlardır. Onların ölkə əmək bazarında yeni iş tapmaq ehtimalı azalmaqdadır. Bütövlükdə insanlar yaşlandıqca onların əmək bazarının tələblərinə cavab verməməsi, təbii ki, hökumətin təhsil siyasətini gözdən keçirməsini qaçılmaz edir.

Harada iş imkanları daha çoxdur?

Azərbaycanda ən çox hansı sektordan iş elanları gəlməsinə gəlincə, qurumun araşdırmasına görə, işəgötürənlərin hər beşindən biri bank-maliyyə sektorundakı şirkətlərdir. Sonrakı sırada pərakəndə sektor dayanır. Azərbaycanda əmək bazarında ən tələbatlı sahələr sırasında üçüncü yerdə informasiya texnologiyaları sektorudur.

İş elanlarının strukturunda təhsillə bağlı tələblər də diqqət çəkir. Hazırda təklif edilən iş elanlarının 70 faizində ali təhsil tələbi var. İşəgötürənlərin 23 faizi orta ixtisas diplomu tələb edir.

İş elanlarının 7 faizində isə təhsil kateqoriyası göstərilmir.

Digər diqqətçəkən məqam magistratura təhsili ilə bağlıdır. Ölkədə təklif edilən vakansiyaların cəmi 0.7 faizində namizədlərin magistratura təhsili alması tələb kimi göstərilib. Bununla belə, danmaq olmaz ki, son illərdə Azərbaycanda magistratura pilləsində təhsilə maraq çoxalır. 2017-2018-ci tədris ilində Azərbaycanda magistr təhsili almaq üçün 13 min şəxs üz tutubmuş. Ötən il bu rəqəm 20 minə yüksəlib. Deməli, dörd ildə magistratura oxumaq istəyənlərin sayı 50 faizdən çox artıb.

Təhsil bazarın tələblərinə uyğun deyil

İş elanlarının təhlili göstərir ki, ölkədə iş yerləri, demək olar, təkcə Abşeron yarımadasında yaranır. Qurumun açıqlamasına görə, işəgötürən şirkətlərin 92 faizinin ofisi Bakıdadır. İkinci yerdəki Sumqayıt şəhərinin payı cəmi 1.2 faizdir. İşəgötürənlərin 6 faizə yaxını digər bütün rayon və şəhərlərdə yerləşir.

Azərbaycanın əmək bazarında problem doğuran bir amil də ali təhsilin keyfiyyətidir. Araşdırmalara görə, iş axtaranların ixtisası ilə təhsili arasında tərs mütənasiblik var. Bu baxımdan, ölkədə ali təhsilli məzunlar da öz ixtisasları üzrə iş tapmaqda çətinlik çəkir, məzun olduqdan sonra mütləq hansısa beynəlxalq sertifikasiya proqramına cəlb olunurlar. Yalnız bundan sonra onların ixtisasları üzrə iş tapmaq ehtimalları artır. (azadliq.org)

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR