İran və Belarus birgə sənaye istehsalına hazırlaşır
26 oktyabr, 2022 00:50
İranın təhlükəsizlik nazirinin müavini və Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlireza Peyman Pak Belarusun Sənaye nazirinin müavini Dmitri Xaritonçik ilə görüşüb.
“Mehrnews” xəbər verir ki, görüşdə tərəflər işgüzar əlaqələrin inkişaf etdirilməsi, sənayenin bütün növləri, o cümlədən avtomobil, məişət texnikası, tibbi avadanlıqlar üzrə birgə istehsal xəttinin yaradılmasını vurğulayıb.
Müzakirələr zamanı İran və Belarus noutbukların birgə istehsal imkanlarının araşdırılması barədə qərara gəliblər.