Ermənilər Azərbaycan ərazilərinə silah-sursat daşıyır

27 oktyabr, 2022 10:33

Ermənilər Laçın dəhlizindən təxribat məqsədilə istifadə edir. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Laçın dəhlizindən Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir. 

İddia olunur ki, Ermənistandan Laçın dəhlizi vasitəsilə Qarabağ separatçılarına silah-sursat və minalar daşınır. Bu isə separatçıların Azərbaycana qarşı növbəti təxribat hazırlığından xəbər verir.

Mövzu ilə bağlı danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki,  Rusiya sülməramlıları ermənilərin təxribatçı əməllərinə şərait yaradır:

“Azərbaycan 44 günlük Vətən müharibəsində düşməni darmadağın edərək ərazilərini işğaldan azad edib. Buna baxmayaraq, düşmən tərəfindən mina terror hələ də davam etdirilir. 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizindən yalnız silah-sursat olmayan malların və maşınların keçirilməsi mümkündür. Lakin silahlanmış erməni separatçıları mövcud dəhlizdən qanunsuz olaraq Azərbaycan ərazisinə silah-sursat daşıyır. Rusiya sülhməramlılarının ərazidə olmasına baxmayaraq, ermənilərin mina terroru davam edir. Onlar bizim əraziləri minalamaqla öz çirkin əməllərindən çəkinmirlər. Laçın rayonunda yerləşən yaşayış məntəqələri ermənilərdən təhvil alınandan sonra orada 1400-dən çox piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Hələ nə qədər zərərsizləşdirilməmiş minalar var. Hazırda Rusiya sülhməramlı qüvvələri ermənilər tərəfindən həyata keçirilən mina terrorunu müşahidə edir. Ancaq lazımı tədbirlər görülmür. Bu da Rusiya sülhməramlılarının ermənilərə şərait yaratdığını göstərir”.

Polkovnikin sözlərinə görə, Rusiya sülhməramlı qüvvələri öz məsuliyyətlərini dərk etməli, erməni təxribatlarının qarşısını almalıdır. Əks təqdirdə bunu Azərbaycan Ordusu özü etmələri olacaq:​​​​​​​

“Piyada əleyhinə minaların istehsal və istefasını qadağa edən beynəlxalq konvensiyalar, eləcə də 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın müddəaları kobudcasına pozulur. Ermənilərin yerləşdirdiyi minalar gələcəkdə Azərbaycanın daha çox güc, qüvvə və vəsait sərf etməsinə səbəb olacaq. Odur ki, Rusiya sülhməramlı qüvvələri öz məsuliyyətlərini xatırlamalı, bu tip təxribatların qarşısını almalıdır. Rusiya sülhməramlıları Azərbaycan ərazisinə gəlməklə öz üzərinə məsuliyyət götürmüşdü. Bu məsuliyyətə ermənilərin tərk-silah edilməsi və Laçın yolundan yalnız mülki məhsulların daşınmasına nəzarət də daxildir. Rusiya sülhməramlı qüvvələri sanki bu məsuliyyətlərini unudub”.

Hərbi ekspert onu da vurğulayıb ki, hazırda sülhməramlıların imkanları məhduddur:

“Mən anlayıram ki, bu gün Rusiya sülhməramlı qüvvələrinin sayı, texniki imkanları onlara vəzifələrini tam yerinə yetirməyə imkan vermir. Onlar bütün prosesləri nəzarət altına ala bilmir. Çünki Rusiya sülhməramlı qüvvələrinin 60-70%-i Ukraynadakı döyüşlərə cəlb olunub. Qalan hissəsi də ola bilsin ki, ərazilərdə gedən prosesləri tam nəzarət altında saxlaya bilmir. Separatçılar bu boşluqdan istifadə edir. Əgər Rusiya sülhməramlı qüvvələri üçtərəfli bəyanatda nəzərdə tutulmuş öhdəliklərini həyata keçirə bilmirsə, Azərbaycana müraciət etsin. Belə olan halda Azərbaycan tərəfi boşluqları aradan qaldırmaq üçün Rusiya sülhməramlı qüvvələrinə öz texniki və digər yardımlarını göstərə bilər”.

Hərbi ekspert sonda qeyd edib ki, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Moskvada keçiriləcək üçtərəfli görüşdə bu məsələyə öz ciddi münasibətini bildirəcək. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR