"İrandan Azərbaycana qarşı hərbi təxribat riski realdır" - Türkiyəli politoloq

30 oktyabr, 2022 16:20

“İranın Araz çayında tanklarla keçirdiyi hərbi təlim onu göstərir ki, Tehran tərəfindən hərbi təxribat riski realdır”.

Bu barədə Türkiyəli politoloq, Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Həsən Oktay Haqqın.az-a müsahibəsində deyib.

“Hazırda İran Azərbaycan, Naxçıvan və Türkiyəni birləşdirəcək Zənəgzur dəhlizinin açıqlmasının qəti şəkildə əleyhinədir. Prezident Ərdoğanın İranla sərhəddəki Zəngilan hava limanının açılışında iştirakı Tehranı daha da əsəbiləşdirib“ – deyə politoloq vurğulayıb.

Oktya bununla yanaşı deyib ki, rəsmi Bakı İranla münasibətlərində xoş qonşuluq siyasətinə və tolerantlığa üstünlük verib:

“Hazırda İran İslam Respublikasının tarixində indiyə qədər görünməmiş vətəndaş itaətsiziliyi baş qalıdırb. İran dərin iqtisadi və sosial-siyasi böhrandadır. Belə vəziyyətdə islam üsul-idarəsi xalqın diqqətini sistemdaxili böhrandan yayındırmaq üçün xarici təhlükə amilini qabardır. İstisna deyil ki, Tehran bu məsələdə hədəf kimi Azərbaycanı seçə bilər. Niyə də yox? Kiçik bir hərbi qarşıdurma İran xalqını dilənçi vəzziyyətdən yayındıra bilər”.

Oktayın sözlərinə görə, Tehranın şimal qonşusuna qarşı hərbi addım qərarı ciddi nəticələr verə və İranı vətəndaş müharibəsi həddinə gətirə bilər:

“Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycana qarşı təcavüz baş verərəsə Türkiyə və İsrail Bakının tərəfində olacaq. Bu ölkələrin orduları isə ən güclü və texniki baxımdan təchizatı yüksək olan “onluğ”a daxildir. Görünür Tehranda Şuşa Bəynnaməsiniyaxşı oxumayıblar. Həmçinin yaxşı başa düşməyiblər ki, Türkiyə və İsrailin belə sürətli yaxınlaşmasında Bakı həlledici rol oynayıb. Bununla da Bakı Yaxın Şərqdə və Cənubi Qafqazda güclü strateji “üçbucağ”ın formalaşması üçün vasitəçilik edib”.

Oktay deyib ki, İsrailə qarşı açıq təcavüzə İranın gücü çatmadığı üçün Tehran “Azərbaycandan gələn İsrail təhlükısi” haqqında tezisi ortaya atıb:

“Aydındır ki, Azərbaycandan gələn təhlükə barədə deyilənlər barmaqdan sovurma sözlərdir və reallıqla heç bir əlaqəsi yoxdur. Amma bununla yanaşı anlamaq lazımdır ki, Tehrana təhlükəni şişirtmək üçün bəhanə lazımdır. Tehran artıq anti-Azərbaycan isteriyası qaldırıb. Bir neçə ay əvvəl radikal şiə qruplaşmasının Azərbaycanın Londonda səfirliyinə hucumu oldu”.

Oktay deyib ki, İranın Azərbaycana qarşı müdaxiləsi bu ölkədə yaşayan azərbaycanlıların ciddi müqaviməti ilə üzləşəcək:

​​​​​​​“İkinci Qarabağ müharibəsində biz İran azərbaycanlılarının gücünü gördük. Onlar Nurduz-Mehri sərhədində İrandan Ermənistana silah daşıyan maşınların qarşısını güc yolu ilə aldılar, yolları bağladılar. Təcrübə göstərir ki, İranda etnik xalqların yaşadığı bölgələrdə istənilən həyəcan dərhal digər regionlara yayılır. Bu o deməkdir ki, azərbaycanlıların anti-hökumət çıxışlarına kürdlər, bəluclar və hazırkı rejimə müxalif olan fars əhalisi də dəstək verəcək. Bir sözlə, Azərbaycana müdaxilə qərarı İranın üçün məğlubiyyətə çevriləcək”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR