İran Rusiya ilə birgə müharibəyə qoşulur? - ABŞ-dan sərt reaksiya

02 noyabr, 2022 12:29

İran Rusiyaya 1000 ədəd yeni silahlar göndərməyə hazırlaşır.

Bu barədə məlumatı Qərb dövlətlərindən birinin rəsmilərinə istinadla CNN telekanalı verib. Xəbərdə qeyd olunur ki, Tehran Moskvaya yaxınmənzilli “yer-yer” tipli ballistik raketlər və əlavə olaraq zərbə dronları verəcək.

İranın Rusiyaya göndərdiyi iddia olunan son partiyaya 450 PUA daxil idi. Rusiya bu dronlardan Ukraynanın enerji və mülki infrastrukturuna ağır zərbələr vurmaq üçün istifadə edib. CNN xatırladır ki, bu hücumlar zamanı mülki əhali arasında da itkilər olub. CNN-nin mənbələri bildirirlər ki, silahların yeni partiyası Rusiyaya bu ilin sonlarına qədər göndərilməlidir.

Kiyev hesab edir ki, Rusiya böyük ehtimalla, sözügedən raketləri Ukraynanın şimal sərhədində yerləşdirəcək. “Ukrainskaya pravda” qəzeti Ukrayna Müdafiə Nazirliyinə istinadla yazır ki, bu raketlərə qarşı effektiv müdafiə yoxdur.

Bu da qeyd olunur ki, İran raketləri Rusiyanın "İskəndər-M" raketlərinə bənzəyir. Ukrayna Müdafiə Nazirliyi iddia edir ki, Rusiyanın bu tip raketləri tükənməkdədir. Kiyev Moskvanı İran dronları ilə mülki onbyektlərə zərbə endirməkdə ittiham edir. Ukrayna tərəfi bildirir ki, indiyədək İran istehsalı olan 300-dən çox PUA vura bilib. Rusiya İran silahlarından istifadə etdiyi barədə məlumatları təkzib edir, Tehransa Moskvaya silah verdiyini israrla danır.

Vaşinton bu xəbərə dərhal reaksiya verib. ABŞ Prezidenti Co Baydenin İranla danışıqlar üzrə nümayəndəsi Rob Malli bəyan edib ki, İranla nüvə sazişi gündəmdə deyil. "Əgər İran bu mövqeyi tutubsa, biz nüvə sazişinə vaxt itirməyəcəyik", - o qeyd edib

Ağ Evdə və Konqresdə İranla bağlı son dərəcədə sərt bəyanatlar səslənir. Güman etmək olar ki, artıq hətta İran istəsə də, nüvə sazişinin müzakirəsi mümkün olmayacaq. Avropa İttifaqı Tehrana qarşı yeni sanksiyalar qəbul edib, ABŞ Konqresi də eyni addımları atmaq niyyətindədir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR