Ermənistanda qarşıdurma gözlənilir - ABŞ-ın xəbərdarlıqlarının səbəbləri
05 noyabr, 2022 00:58
ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkədə olan vətəndaşlarına xəbərdarlıq edib.
Bu barədə səfirliyin sosial media hesabında məlumat yayılıb.
Qeyd olunub ki, İrəvanda 5 noyabrda keçirilməsi gözlənilən mitinq zamanı qarşıdurmalar ola və gözlənilməz vəziyyət yarana bilər.
ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarını mitinqdə iştirakdan çəkinməyə və insanların sıx toplaşdığı yerlərdən uzaq olmağa çağırıb: “Hətta dinc keçirilməsi nəzərdə tutulan mitinqlər də qarşıdurmaya çevrilə bilər və bu səbəbdən sərt tədbirlərin tətbiqi gözlənilir".
Xatırladaq ki, sabah Ermənistan müxalifəti Fransa meydanında mitinq keçirəcək.