Zəngin amerikalılar namizədlərinin qalib gəlməsi üçün milyonlar xərcləyir: Soros yenə ən böyük donordur - "OpenSecrets"

07 noyabr, 2022 00:23

Qarşıdan ABŞ Konqresinə seçkilər gəlir. Zəngin amerikalılar bu seçkilərdə simpatiya bəslədikləri partiya namizədlərinin qalib gəlməsindən ötrü böyük pullar xərcləyiblər.

Xarici agentliklər xəbər verir ki, “OpenSecrets” araşdırma qrupu xərclərin 2018-ci illə müqayisədə təxminən 2 milyard dollar artdığını ortaya çıxarıb. Təkcə 10 zəngin amerikalı builki seçkilərə 540 milyon dollar ianə başışlayıb. Bu meqadonorlar pullarının çoxunu iki hakim partiyaya bağlı xüsusi qruplara verirlər. Onlar da öz növbəsində kampaniya reklamları üçün böyük imkan qazanırlar.

Bu seçkilərdə ianələrin təxminən 62 faizi respublikaçı namizədlər üçün ayrılıb.

"OpenSecrets" tərəfindən tərtib edilmiş ən son hesabata görə, ən iri 10 donor bunlardır:

Corc Soros

İanə: 128,5 milyon dollar. Demokrat partiyası

Soros 128,5 milyon dolları özünün qurduğu “Democracy PAC” təşkilatına bağışlayıb. Bundan başqa, o, Demokrat namizədləri dəstəkləyən bir neçə superkoordinatora milyonlarla dollar xərcləyib.

Riçard Yulayn

80,7 milyon dollar, Respublikaçı

Yulayn ölkənin ən böyük özəl şirkətlərindən biri sayılan gəmiçilik nəhəngi ”Uihlein” korporasiyasının həmtəsisçisidir. İllinoys milyarderi son seçkilərdə əsas Respublikaçı donor kimi özünü göstərib.

Kennet Qriffin

68,6 milyon dollar, Respublikaçı

Mayamidə yerləşən “Citadel” hec fondunun baş direktoru Kennet Qriffin “Forbes”un siyahısında 31 milyard dollarlıq xalis sərvəti ilə ən varlı meqadonorlardan biridir.

Ceff Yass

47,3 milyon dollar, Respublikaçı

Yass “Susquehanna International Group” milyarder qurucusudur. Uzun müddətdir Respublikaçılara sponsorluq edir. Amerikalı milyarder libertarian (iqtisadiyyatda ultra-liberal dəyərləri müdafiə edən cərəyan-red.) Katon İnstitutunun idarə heyətinin sədr müavinidir.

Timoti Mellon

40 milyon dollar, Respublikaçı

Uzun müddətdən bəri respublikaçıların meqa-donoru sayılan Mellon, bank maqnatı Endryu Mellonun nəvəsidir. Keçmiş prezident Trampın və onun immiqrasiya qanunlarını sərtləşdirmə səylərinin əsas tərəfdarı olan Mellon keçən il Texasla sərhəd divarının tikintisi üçün təsis olunan fonda 53 milyon dollar bağışlayıb.

Sem Bankman-Frid

39,8 milyon dollar, Demokrat

Sem Bankman-Fried “Crypto Exchange FTX”nin təsisçisi və baş direktorudur.

Fred Eyçeyner

35,8 milyon dollar, Demokrat

Uzun müddətdir ki, Demokrat Partiyasının meqa-donoru və LGBT tərəfdarı olan Eyçeyner Çikaqo bölgəsində bir neçə radio stansiyası və qəzetin sahibi olan “Newsweb” korporasiyasını idarə edir.

Stiven Şvartsman

35,5 milyon dollar, Respublikaçı

Şvartsman dünyanın ən böyük özəl kapital şirkətlərindən biri olan “Blackstone Group”u idarə edir.

Piter Til

32,6 milyon dollar, Respublikaçı

“PayPal” həmtəsisçisi olan və hazırda “Palantir Technologies” məlumat analitik firmasını idarə edən Til qatı respublikaçıdır

Larri Ellison

31 milyon dollar, Respublikaçı

Ellison 100 milyard dollarlıq sərvəti ilə bu siyahıdakı ən varlı adamıdır.
“Oracle” Korporasiyasının sədri qarşıdan gələn Senat seçkilərində respublikaçı senator Tim Skott (R-p.) ilə bağlantıları olduğu bilinən “Opportunity Matters Fund” fonduna 20 milyon dollar bağışlayıb.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI