ETTELAAT-ın başçısı Səudiyyə Ərəbistanı hədələdi - "Strateji səbrimiz” tükənə bilər"

11 noyabr, 2022 10:33

İranın informasiya və kəşfiyyat naziri (ETTELAAT) Seyid İsmayıl Xətib regional rəqibi Səudiyyə Ərəbistanına xəbərdarlıq edərək deyib ki, Tehranın “strateji səbrini” davam etdirməsinə heç bir zəmanət yoxdur.

“Reuters”in Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, ETTELAAT-ın başçısı bildirib ki, İran indiyədək möhkəm rasionallıqla strateji səbir nümayiş etdirib, lakin hərbi əməliyyatlar davam edərsə, onun bitməyəcəyinə zəmanət verə bilməz: “Əgər İran qisas almaq və cəzalandırmaq qərarına gəlsə, şüşə saraylar dağılacaq və bu ölkələrdə daha sabitlik olmayacaq”.

İran qadınlara tətbiq etdiyi sərt geyim qaydalarını pozduğu iddiası ilə həbs edilən iranlı kürd qadın Məhsa Əmininin sentyabr ayında polis nəzarətində ölməsindən sonra xarici düşmənləri iğtişaşları qızışdırmaqda ittiham edib.

Cəmiyyətin müxtəlif təbəqələrindən olan iranlıların etirazları 1979-cu il İslam İnqilabından sonra İranın ruhani liderləri üçün ən böyük problemlərdən birinə çevrilib.

Keçən ay İran İnqilab Keşikçiləri Korpusunun rəhbəri Hüseyn Səlami Səudiyyə Ərəbistanına media orqanlarına nəzarət etməsi barədə xəbərdarlıq etmişdi: “Səudiyyənin hakim ailəsinə xəbərdarlıq edirəm: Davranışınıza baxın və bu mediaya nəzarət edin... əks halda bunun əvəzini siz ödəyəcəksiniz. Bu bizim son xəbərdarlığımızdır, çünki siz bu media vasitəsilə dövlətimizin işlərinə qarışırsınız. Biz sizə dedik ki, ehtiyatlı olun!"

Ötən həftə “Wall Street Journal”ın Ər-Riyadın İranın krallıqdakı hədəflərə gözlənilən hücumu barədə ABŞ ilə kəşfiyyat məlumatı paylaşması xəbərindən sonra İran Səudiyyə Ərəbistanı üçün təhlükə olduğunu təkzib edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR