"Qərb ölkələri uzunmüddətli perspektivdə Rusiya ilə qaçılmaz toqquşmaya hazırlaşmalıdır" - "The Moscow Times" nəşri

11 noyabr, 2022 17:16

Fransanın milli müdafiə və təhlükəsizlik üzrə Baş katibliyi dövlətin yaxın gələcəkdə üzləşəcəyi çağırışlar barədə məruzə hazırlayıb.

Bu barədə "The Moscow Times" nəşri yazıb.

Sənəddə iqtisadi və energetika böhranı, iqlim və səhiyyə problemləri göstərilib, lakin məruzənin böyük hissəsində Rusiyadan gələn təhdidlər və onun Avropada törətdiyi müharibə yer alıb. 

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi onu göstərib ki, Qərb ökələri uzunmüddətli perspektivdə Rusiya ilə qaçılmaz toqquşmaya hazırlaşmalıdır. Müharibənin törətdiyi parçalanma və Kremlin strateji seçiminin geriyə dönməzliyi Moskva ilə qarşıdurmanı gözləməyə vadar edir, sənəddə deyilir.

Fransa Təhlükəsizlik Şurası qeyd edir ki, Rusiya artıq uzun illərdir sakitcə "diplomatik-siyasi diversiyalar" və "informasiya müharibəsi"nin köməyi ilə Avropada sabitliyi pozmağa cəhd göstərir və  bu strategiya indi birbaşa hərbi qarşıdurmaya girmək istəyi ilə uzlaşır. 

Məruzə müəlliflərinin fikrincə, Rusiyanın hərəkətverici qüvvəsi "hakimiyyətə aşkar imperialist canatması"dır, bu da "kollektiv Qərblə" qarşıdurmanı nəzərdə tutur. Sənəddə gələcək münaqişələrin potensial ünvanları da göstərilib, bunlar Aralıq dənizi, Qara dəniz, Baltik regionu, Balkanlar, Şimali Atlantika, həmçinin Afrika və Yaxın Şərqdir.

 

Məruzədə həmçinin qeyd edilir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Avro-Atlantik regionda "iri müharibənin qarşısının alınması üçün etibarlı və güclü nüvə çəkindirməsi qüvvələrinin saxlanılmasının zərurətini nümayiş etdirir". Əgər Putin Ukraynada nüvə şantajına görə cəzalanmadan yan keçməyə müvəffəq olubsa, o, bundan sonra da bu şantajdan istifadə etməkdə davam edəcək:

"Nüvə silahı ilə möhkəmlənən uğurlu məcbutetmə manevri təhlükəli presedent yaradacaq". Strateji icmalın məntiqi onu göstərir ki, Kremllə istənilən sülh sazişi atəşin müvəqqəti dayandırılması olacaq, bunun ardınca gərginliyin artırılması davam edəcək. Oktyabrın 27-də Pentaqon ABŞ müdafiəsinin yeni Milli strategiyasını dərc edib və Rusiya "hökuməti qonşularını müstəqilliyinə etinasız yanaşaraq, sərhədləri dəyişdirməyə və yenidən imperiya təsir dairəsini əldə etmək üçün gücdən istifadə etməyə can atan böyük təhlükə" kimi qeyd edilib.

Bu gün bəlli olub ki, ABŞ Ukraynanın müdafiəsi üzrə Təmas qrupunun ("Ramştayn" formatında) 50-dən çox ölkənin iştirakı ilə yeddinci iclasını keçirmək niyyətindədir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR