"Turan dəhlizinin qarşısını biz alırıq" - İranlı ekspert

13 noyabr, 2022 17:39

Ermənistan və İran arasında əməkdaşlığın genişlənməsi Zəngəzur dəhlizi və yaxud, bizim dediyimiz kimi, Turan dəhlizinin reallaşma imkanlarını zəiflədir.

Bu sözləri beynəlxalq məsələlər üzrə iranlı ekspert kimi təqdim edilən Ehsan Mohavedian deyib.

Ermənistanla İran arasında “hərbi və ya siyasi ittifaq” yaranması ehtimalı haqda danışan ekspert bildirib ki, Tehran İrəvanla istənilən əməkdaşlığı alqışlayır, ancaq Ermənistan müstəqil ölkədir, bu qərarı özü verməlidir.

“Birgə hərbi təlimlərin keçirilməsi və İranın hərbi təcrübəsinin Ermənistana ötürülməsi Tehran üçün arzulanan variantdır. Düşünürəm ki, biz mümkün qədər tez bir zamanda Şimal-Cənub dəhlizi proqramını tamamlamalıyıq. Təəssüf ki, İran şirkətləri bunu növbəti ilin yazına planlaşdırır. Ermənistan və İran arasında iqtisadi, hərbi və kəşfiyyat sahələrində əməkdaşlığın artması Türkiyə, Azərbaycan, İsrail və Böyük Britaniyanın Zəngəzur dəhlizi, bizim təbirimizcə desək, Turan dəhlizinin yaranması imkanlarını aşağı salır”, - o vurğulayıb.

O, erməni mediasına açıqlamasında qeyd edib ki, İrəvan və Tehran mədəni və tibbi sahədə də əlaqələri genişləndirməlidir ki, hər iki cəmiyyətdə dezinformasiyanın qarşısı alınsın:

“Misal gətirim: bildiyim qədərincə, Ermənistan mediasının Tehranda filialı yoxdur. Niyə? Amma Tehranda Azərbaycan və Türkiyə ilə qarşılıqlı əlaqədə olan xəbər agentlikləri var (Zəruri qeyd: belə bir agentlik yoxdur! – red.). Ermənistan mediası İran ictimaiyyəti ilə birbaşa danışmalıdır və regional hadisələr haqqında birinci əldən, aydın və doğru məlumat verməlidir. Və bu halda Türkiyə və Azərbaycanın verdiyi dezinformasiyanın, təbliğatın iranlılara heç bir təsiri olmayacaq. Bu barədə vaxtaşırı danışıram, amma nədənsə bu vacib məsələyə diqqət yetirilmir".

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR