Cənub sərhədlərimiz möhkəmləndirilməlidir: İran təhlükəsi böyüyür - VİDEO

14 noyabr, 2022 15:03

Uzun müddətdir İran-Azərbaycan arasında müşahidə olunan gərgin münasibətlər artıq yeni mərhələyə qədəm qoyub. İranın rəsmi və qeyri-rəsmi sözçülərinin ölkəmizə qarşı açıq təhdidlər yağdırmasından hər kəs xəbərdardır. Azərbaycan bu təhdidlərin hər birinə İranın başa düşdüyü dildə, ən sərt şəkildə cavab verir və bundan sonra da belə olacaq. Görünən budur ki, iki ölkə arasındakı gərgin münasibətlər hələ uzun müddət davam edəcək, çünki İranda dəyişikliklərin baş verməsi həm də qlobal qərar kimi ortaya çıxıb.

Ancaq biz mövcud durumu bilə-bilə İranla sərhədlərimizdə hələ də ciddi boşluqlara yol veririk. Cənub sərhədlərimizi möhkəmləndirməsək, terrorizmlə, qaçaqmalçılıqla və qanunsuz miqrasiyaya qarşı mübarizə çətin olacaq apardığımız mübarizə bizə istədiyimiz nəticəni verməyəcək. İranla sərhədlərimizdə yerləşən zastavalar ən müasir avadanlıqlarla təmin edilməli, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyəti təhlil edilərək yenidən qurulmalı, hərbçilərin sayı artırılmalıdır.

İrandan Azərbaycana narkotik seli öz məcrasını dəyişmədən axır. Dəhşətli faktlardan biri odur ki, İran xüsusi xidmət orqanları 3-cü, 4-cü ölkələrin savadsız vətəndaşlarından pul alır, “sizi Avropa ölkəsinə keçiririk” deyərək, onları qanunsuz yollarla cənub sərhədlərimizdən ölkəmizə yola salır. Araşdırmalar göstərir ki, bu 3-cü, 4-cü ölkələrin vətəndaşları öz ölkələrində müxtəlif cinayətlər törətmiş şəxslərdir. İran həm bu şəxsləri ölkəmizə keçirir, həm də narkotik vasitələrin miqrdarını onların əli ilə daha da artırır. Heç kəsə sirr deyil ki,  İranla Ermənistan və Qarabağdakı terrorçu rejim arasında 30 il ərzində böyük narkotik ticarəti mövcud olub. Bu illər ərzində işğal altında saxlanılan Azərbaycan torpaqlarından ermənilərin nəzarəti altında narkotik plantasiyaları kimi istifadə olunub. Deməli, Azərbaycan təkcə öz torpaqlarını işğaldan azad etməyib, həm də bütün xalqlar üçün təhlükəyə çevrilən İranın böyük bir narkotik “biznesi”ni məhv edib. Bu o deməkdir ki, İran narkotrafiklə Azərbaycan dövlətinin təməl prinsiplərini sarsıtmağı, xalqımızın iradəsini şikəst etməyi qarşısına strateji qərar kimi qoyub.

İrandan Azərbaycana hər ay təkcə ən aşağı keyfiyyətli 1 ton heroin daşınır. Müxtəlif naskotik maddələri də bura əlavə etsək, tonlardan söhbət gedir. Təkcə 2022-ci ilin yanvar-mart ayları ərzində 1 ton 081 kq heroin, 141 kq tiryək, 506 kq marixuana, 5 kq həşiş, 7286 ədəd metadon aşkarlanaraq dövriyyədən çıxarılıb.  Statistik məlumata görə, Azərbaycanda 40 000-ə yaxın rəsmi qeydiyyatda olan narkotik istifadəçiləri var. Hər halda narkoloji Mərkəz belə iddia edir. Ancaq qeydiyyatda olmayan narkotik istifadəçilərinin sayının çox olması şübhə doğurmur. Məsələn, 2021-ci ilin ilk 3 ayı ərzində əlavə olaraq, 14 329 nəfər narkotik istifadəçisi Narkoloji Mərkəzə yönləndirilmişdi.

Bəs İran Azərbaycanda narkotik satışından əldə etdiyi gəlirləri hara xərcləyir?

Narkotikdən əldə oluna gəlirlərin İrana qarşı yönələn sanksiyalardan az zərərlə çıxması üçün istifadə olunmasının vacibliyi ilə bağlı məsələni də ilk olaraq iranlı general-mayor Məhəmməd Baqiri səsləndirmişdi. İran narkotik vasitələrdən əldə etdiyi gəlirlərlə Suriyada və İraqda terrorçuları da maliyyələşdirir. Onların silah-sursat, ərzaq xərclərini ödəyir. Həmçinin, muzdlu şəxslərin “maaşları” da bu yolla ödənilir.

Bundan başqa, İran narkotikdən əldə etdiyi gəlirlərlə Qaabağdakı erməni terrorçularına da yardımlar edir. Elə hazırda İran-Azərbaycan münasibətlərinin gərginləşməsinin əsas səbəblərindən biri də budur.

Vəziyyət o qədər əndazədən çıxıb ki, İran xüsusi xidmət orqanlarında dəqiq məlumatlar var ki, Azərbaycanda narkotik satışını kimlər himayə edir. Eyni zamanda, İran xüsusi xidmət orqanları bu satış prosesinin bütün detallı bilgilərinə sahibdir. Baxırsan ki, hansısa məmur, yaxud vəzifəli şəxs rüşvət almır, büdcədən birbaşa böyük məbləğdə pullar silmək gücündə də deyil, amma hüdudsuz maddi imkanlara, mal-mülkə sahibdir. İranın toruna düşərək cəmiyyətin, xalqın və dövlətin sağlam sütunlarını narkotikdən gələn pullar hesabına çirkaba batırmaq yaxın gələcəkdə Azərbaycana arzoulunmaz “sürprizlər” bəxş edə bilər. Qısası, narkotik vasitələrlə xalqımızı zəhərləyən İran Azərbaycan xalqını ölüm kürsüsünə daşıyır. Bir saniyə belə gecikmədən cənb sərhədlərimizin gücləndirilməsi istiqamətində inqilabi dəyişiklikilər baş verməlidir. Mənə elə gəlir ki, Qarabağ boyda böyük bir ərazini işğaldan azad edən Azərbaycan üçün öz cənub sərhəblərini qorumaq elə də çətin olmamalıdır.

Samir Feyruzov

Videomaterial - Post TV-də: 

​​​​​​​

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR