İrəvan sülh müqaviləsi ilə bağlı qərar verə bilmir - Qriqoryandan ziddiyyətli açıqlamalar

15 noyabr, 2022 17:38

“Ermənistan Azərbaycanla Qarabağ ermənilərinin təhlükəsizliyinə beynəlxalq zəmanət verən sülh müqaviləsi bağlamağa çalışır. İrəvan məhz belə bir müqavilə versiyası təklif edir”.

Bu barədə “Civilnet” kanalına müsahibəsində Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan bildirib.

“Biz bu variantda sülh müqaviləsi bağlayırıqsa, mümkün təxribatların qarşısını alırıq, təklif edilən mexanizmlər isə beynəlxalq zəmanət yaradır”, – deyə o bildirib.

Qriqoryan xatırladıb ki, Azərbaycan sülh müqaviləsinin 5 bəndini, daha sonra isə daha ətraflı mətn təklif edib. Onun sözlərinə görə, Ermənistan tərəfi çərçivə müqaviləsinin mətnini hazırlayıb və noyabrın 7-də Vaşinqtonda XİN başçılarının görüşündə təqdim edib.

“Bu, hərtərəfli mətndir və Ermənistan və Azərbaycan arasında problemləri həll edə bilər”, – deyə o bildirib.

Rusiyanın təklifləri haqqında suala cavabda Qriqoryan bu təkliflərin Soçidə müzakirə olunduğuna, amma Bakının israrı ilə çıxarıldığına eyham edib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında 4 böyük mövzu var, onların da alt mövzuları var: “Birincisi humanitar məsələlər, bütün əsirlərin tezliklə azad edilməsi, ikincisi kommunikasiyaların açılması, daha sonra delimitasiya, sərhəd təhlükəsizliyi komissiyalarının işi və “dağlıq Qarabağ probleminin” həllidir”.

Qriqoryan sülh müqaviləsi barədə danışarkən ziddiyyətli açıqlamalar verib. Gah bildirib ki, Qarabağda qalan ermənilərlə bağlı “ problemin” necə həll ediləcəyi dəqiqləşdirilmədən sülh müqaviləsi bağlamaq qeyri-mümkündür.

Daha sonra isə Qarabağda qalan ermənilərlə bağlı “problemi” sülh müqaviləsinin bir hissəsinə çevirmək mümkün olmadığını, bunun üçün də həmin məsələsinin sülh müqaviləsi prosesindən ayrılmasının mümkünlüyünün müzakirə olunduğunu bildirib.

Belə görünür ki, siyasi orientasiyasını müəyyənləşdirməkdə çətinlik çəkən İrəvan Azərbaycanla sülh müqaviləsi bağlayıb-bağlamamaq məsələsində də qərar verə bilmir(azpolitika.info).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR