Putinin yeni fərmanının Azərbaycan vətəndaşlarına təhlükəsi…

16 noyabr, 2022 16:29

Noyabrın 14-də Rusiya Prezidenti Vladimir Putin bu ölkənin Silahlı Qüvvələrində xarici vətəndaşların xidmət keçməsi qaydası haqqında fərman imzalayıb. Müvafiq fərman hüquq-informasiya internet portalında dərc olunub.

Yeni qaydaya əsasən, xarici vətəndaşlığı olan Rusiya vətəndaşları da Rusiya Silahlı Qüvvələrində hərbi xidmətə çağırılacaq. İndiyədək ancaq Rusiya vətəndaşı olan şəxslər bu ölkədə hərbi xidmətə çağırılırdı.

Son illərdə Rusiyada vətəndaşlıq alan xaricilərin bir çoxunun Orta Asiya respublikaları, o cümlədən Azərbaycandan gəldiyi bildirilir. Onlardan bəzilərinin ölkələrində heç vətəndaşlıqdan çıxmadıqları deyilir. İndi Rusiyada yaşayan belə azərbaycanlılardan bir çoxu narahatdır ki, bu fərman onların da Rusiya ordusuna cəlb edilməsinə yol aça bilər.

"İndi Rusiyadan hər cürə qəribəlik gözləyirik. Burada tək mən yox, bir çox azərbaycanlı narahatdır", - Rusiyada Smolensk şəhərində işləyən bir şəxs AzadlıqRadiosuna deyib.

Oktyabr ayından isə Rusiyaya gələn miqrantların bu ölkənin vətəndaşlığını alma proseduru yüngülləşdirilib. Ancaq bir şərtlə ki, onlar Rusiya Silahlı Qüvvələrində bir ildən az olmayaraq xidmət etməklə bağlı müqavilə imzalasınlar. Bundan sonra Moskvanın "Saxarovo" miqrasiya mərkəzində Rusiya Müdafiə Nazirliyinin hərbi xidmətə çağırış mərkəzi öz işinə başlayıb. Moskva meri Sergey Sobyanin də onu "xarici vətəndaşların hərbi xidmətə cəlbi üçün tam yararlı infrastruktur" adlandırıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı "Turan"a bildirib ki, sözügedən fərman Rusiyada müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına şamil edilməməlidir: "Rusiyada ikili vətəndaşlıq var. Məncə, bu ikili vətəndaşlığı olan insanlara şamil edilir".

Deputat qeyd edib ki, Azərbaycanda ikili vətəndaşlıq yoxdur: "Yəni, Azərbaycan vətəndaşı başqa ölkənin vətəndaşı ola bilməz... Əgər Azərbaycan vətəndaşlığından çıxmayan, Azərbaycan vətəndaşlığını daşıyan şəxslər Rusiya vətəndaşlığını qəbul ediblərsə, onlar həmin fərmanın əhatəsinə düşür".

Komitə üzvünün sözlərinə görə, müvəqqəti Rusiyada yaşayan və işləyən, amma yalnız Azərbaycan vətəndaşı olan şəxslər Rusiya ordusunda xidmət və müharibədə iştirak edə bilməz: "Azərbaycan vətəndaşı miqrant kimi Rusiyada müvəqqəti kimi yaşayıb çalışırsa, bu fərman ona şamil edilə bilməz".

Hüquqşünas Ələsgər Məmmədli də AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda qanunla ikili vətəndaşlıq qadağandır. Amma başqa ölkənin vətəndaşlığını qəbul edib və bu barədə Azərbaycan rəsmi qurumlarına məlumat verməyən şəxslər çoxdur.

Onun sözlərinə görə, bir nəfərin hərbi mükəlləfiyyəti bir ölkədə keçərlidir: "Yəni, əgər Azərbaycan vətəndaşlığından sonra Rusiya vətəndaşlığını qazananlar öz hərbi mükəlləfiyyətini Azərbaycanda həyata keçiriblərsə, onların Rusiyada təkrar hərbi mükəlləfiyyəti ola bilməz. Yox, əgər şəxs Azərbaycan vətəndaşı olub Azərbaycanda hərbi mükəlləfiyyətini keçmədən Rusiya vətəndaşlığına keçibsə və orada hərbi mükəlləfiyyət qazanıbsa, o zaman həmin şəxs bütün qaydalara uyğun həm səfərbərliyə, həm də məcburi hərbi xidmətə cəlb oluna bilirlər".

Hüquqşünasın deməsinə görə, əgər kimsə Azərbaycanda hərbi xidmətdə olubsa, onu təkrar Rusiyada hərbi xidmətə çağırırlarsa, məhkəməyə müraciət etməsi yaxşı olar.

Hazırda Smolensk şəhərində yaşayan və adının çəkilməsini istəməyən şəxs isə vəziyyəti belə izah edir: "Yaxın illərə qədər kimsə Rusiya vətəndaşlığı üçün müraciət edirdisə, onun sənədlərinin arasında Azərbaycan vətəndaşlığından imtina etməsi üçün notariusun təsdiq etdiyi ərizə olmalı idi. Həmin ərizə Azərbaycanın Rusiyadakı səfirliyinə göndərilirdi. Son illər isə artıq belə tələb olmadığından faktiki ikili vətəndaşlığı olan şəxslər yaranıb".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR