Putin hansı ultimatumu verir: Müharibə ilə bağlı 3 ssenari - "Economist" nəşri

17 noyabr, 2022 09:50

Britaniyanın dünyaca məşhur “Economist” jurnalı ənənəvi olaraq gələn illə bağlı proqnozlarının yer aldığı nömrəsini təqdim edib. “Gələcək dünya 2023” adlı nömrənin üz qabığında 6 liderin fotosu yer alıb. Bunlar tam mərkəzdə Vladimir Putin (Rusiya) olmaqla Tsay İnven (Tayvan), Si Cinpin (Çin), Corcia Meloni (İtaliya), Co Bayden (ABŞ), Volodimir Zelenskidir (Ukrayna). Liderlərin fotoları arasında pilotsuz uçuş aparatı, peyk, raket kompleksi və hərbi gəmi təsvir olunub.

2023-ci illə bağlı məqalələrdən biri Ukraynadakı müharibəyə həsr olunub. Jurnalın müdafiə məsələləri üzrə eksperti Şaşank Coşi tərəfindən qələmə alınan məqalədə Ukraynadakı müharibə ilə bağlı 3 mümkün ssenari təqdim olunub.

Birinci ssenaridə Rusiya məğlubiyyətdən xilas olur və qələbə qazanır.

Bildirilir ki, Rusiya ordusu qış aylarında cəbhə xəttini stabilləşdirir, eyni zamanda yeni səfərbər olunmuş əsgərlərlə yeni batalyonlar qurur. ABŞ-da Nümayəndələr Palatasında çoxluq qazanan Respublikaçılar Ukraynaya yeni silah tədarükünün qarşısını alır və Avropadan alınan silah ehtiyatları tükənir. Rusiyanın müdafiə sənayesi yarımkeçiricilər və xüsusi avadanlıqlardan məhrum olur, lakin yeni qüvvələri təchiz etmək üçün kifayət qədər zirehli texnika və artilleriya sistemləri istehsal edir.

Yaza qədər rus bölmələri aylarla davam edən hücum əməliyyatlarından yorulan Ukrayna qoşunlarını geri oturdaraq hücuma keçir. Rusiyaya məxsus pilotsuz uçuş aparatları Ukraynanın enerji və su infrastrukturuna zərbələr endirməyə davam edir. Yay fəslinin başlaması ilə Kiyev müdafiə mövqeyinə keçir. Rusiya Xersonun şimalında mühüm sənaye şəhəri olan Krivoy Roq, həmçinin Donetsk vilayətindəki Slavyansk və Kramatorsk şəhərlərini ələ keçirir. Qərb ölkələri Ukraynanı Moskvanın atəşkəs təklifini qəbul etməyə çağırır. Prezident Zelenskinin razılaşmaqdan başqa çarəsi qalmır. Sonrakı aylarda, bəlkə də illərdə Rusiya Kiyevə hücuma cəhd etmək üçün aktiv şəkildə yenidən silahlanır.

İkinci ssenari Rusiyanın çıxılmaz vəziyyətə düşməsi ilə izah olunur.

 

Belə ki, Rusiya yüz minlərlə gənci səfərbər edir, lakin onları döyüşə hazır əsgər kimi yetişdirə bilmir. Ən yaxşı hərbi təlimatçıların hamısı ön cəbhədə olur. Təcrübəli zabitlər ölüb və ya artıq döyüşlərdə iştirak ediblər. Orduya yeni qəbul edilənlər zirehli texnikası olmayan və hücuma keçmək üçün yararsız, lakin səngərləri tutmaq və istehkamlar qurmağa qadir olan yüngül piyada birlikləri formasında hazırlanır.

Noyabrda Xerson şəhərindən geri çəkildiyini elan edən Rusiya Dnepr çayının qərb sahilində saxladığı 30 minə yaxın əsgərini təhlükəsiz şəkildə təxliyə edir. Onlar çoxlu sayda silah-sursat qoyub şərqə çəkilirlər. Bu, Ukrayna üçün zəfərdir, lakin son nəticədə Rusiya qüvvələri hərbi cəhətdən daha güclü mövqedə olacaq, çünki çay Rusiyanın sol cinahında qorunur. Ukrayna qoşunlarının irəliləməsi yavaşlayır, Ukrayna ordusu qazanılan hər kilometr əraziyə görə ağır itkilər verir.

Döyüş meydanında qalib gələ bilməyən Putin daha sonra Ukraynanın iqtisadiyyatını sarsıtmaq, mülki infrastruktura zərbələr endirmək və tərəfdaşlarını tükəndirmək üçün müharibəni kifayət qədər uzatmağa çalışır. Avropa 2023-cü il ərzində öz qaz anbarlarını doldurmağa hər cür cəhd edir, bu da qışın gəlməsi ilə elektrik enerjisinin kəsilməsinə səbəb olur. Rusiya prezidenti Putin prosesi Donald Trampın Ağ Evə qayıdacağına və Ukraynaya dəstəyi dayandıracağına ümid etdiyi 2024-cü ilin sonuna qədər uzatmaq niyyətindədir. Lakin bu, yüksək riskli bir oyundur: Rusiyanın ictimai rəyi müharibəyə qarşıdır, iqtisadiyyatı zəifləyir və Putin getdikcə daha həssas görünür.

Üçüncü ssenari ən ümidverici və bəlkə də ən təhlükəlidir.

Ukrayna təşəbbüsü əlində saxlayır və hücumu ləngitmir, rus qoşunları Xersonu tərk edərkən onlara ağır itkilər verir, sonra isə ilk dəfə olaraq HIMARS raket sistemlərini Krımı vura biləcək məsafəyə yerləşdirir. Rusiyanın Luqansk vilayətindəki mövqeləri sıradan çıxır, Ukrayna Severodonetski geri alır, sonra sürətlə daha da şərqə doğru irəliləyir. Rusiyanın itkiləri artdıqca, yeni çağırışçılar döyüşməkdən imtina edirlər. Qərb ölkələri tələsik Ukraynaya yeni hava hücumundan müdafiə sistemləri göndərir, Rusiyanın sürətlə azalan dəqiq idarə olunan raket arsenalına əsaslanan terror taktikasının effektivliyini zəiflədir.

Yazda Zelenski ordusuna Zaporojye vilayətində yeni cəbhə açmağı əmr edir. Beş briqada rus mövqelərini yarıb, yaya qədər Putinin Krıma gedən körpüsünün qarşısını kəsir və Mariupolu mühasirəyə alır. Ukrayna HIMARS raket buraxılış sistemlərini cənuba doğru apararaq Rusiya tərəfindən işğal olunmuş Krımdakı limanları, bazaları və anbarları hədəf alır. Ukrayna yarımadaya girməklə təhdid edir. Putin ultimatum verir: dayanın, yoxsa sizə qarşı nüvə silahı tətbiq olunacaq!. Qələbə göz qabağındadır. Ancaq bunun gətirdiyi risklər də var.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR