"Azərbaycan İsraildə səfirlik açan ilk şiə çoxluğu olan dövlətdir" - "Jerusalem Post" nəşri

19 noyabr, 2022 01:37

İsrailin nüfuzlu “Jerusalem Post” qəzeti Azərbaycanın bu ölkədə səfirlik açmağa hazırlaşmasından yazıb.

Qəzetin yazdığına görə, “noyabrın 18-də parlamentin təsdiqindən sonra Azərbaycan İsraildə səfirlik açan ilk şiə müsəlman dövləti olub”.

“Keçən ay tikintisinə başlanılan yeni səfirlik binası ölkənin turizm ofisi və ticarət nümayəndəliyi olan Təl-Əviv şəhərində yerləşəcək”.

“Jerusalem Post” xatırladıb ki, İsrail və Azərbaycan 30 ildir müxtəlif sahələrdə əlaqələr qurub, 1993-cü ildən Bakıda İsrail səfirliyi fəaliyyət göstərir.

Qəzetin məlumatına görə, baş nazir Yair Lapid qərarı yüksək qiymətləndirərək, Azərbaycanı "İsrail üçün mühüm tərəfdaş və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətəni" adlandırıb.

"Səfirlik açmaq qərarı ölkələr arasında əlaqələrin dərinliyini əks etdirir", - deyə baş nazir Y.Lapid əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın bu addımı İsrail hökumətinin müsəlman dünyası ilə güclü diplomatik körpülər qurmaq səylərinin bəhrəsidir.

“Jerusalem Post” qəzeti qeyd edib ki, rəsmi Bakının bu qərarı Tehranla münasibətlərdəki gərginlik fonunda verilib.

Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun üzvü Arzu Nağıyev İsraildə səfirliyin açılmasını İranın Qafanda konsulluq açması və Ermənistanla sıx əlaqələr qurmasını elan etməsilə əlaqələndirib.

Qəzet yazır ki, azərbaycanlıların çoxluq təşkil etdiyi İranda dövlət televiziyası İsraili və Azərbaycanı “İsrail... öz qəbrini öz əlinlə qazma... İran bunu bəyan edir ki,  Azərbaycan bilsin, anlasın” sözləri ilə hədələyən mahnı yayımlayıb. “İrana yanlış baxan hər kəs məhv edilməlidir”, - deyə mahnıda vurğulanır.

"İran və Azərbaycan 420 mil uzunluğunda sərhədi bölüşür. İranda İsrailin Azərbaycan ərazisindən bu ölkəyə gizli əməliyyatlara başladığı barədə çoxdan xəbərlər yayılıb. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsraili “Azərbaycanın bir neçə bölgəsində mövcudluğunu qurmaqda” ittiham edib, rəsmi Bakı sə bunu təkzib edib”, - deyə məqalədə qeyd edilib.

“Jerusalem Post” xatırladıb ki, İran bu yaxınlarda Azərbaycanla sərhəddə hərbi təlimlər keçirib.

Qəzet bildirib ki, prezident İsaak Hersoq bu ilin əvvəlində İsraillə Azərbaycan arasında əlaqələrin 30 illiyi şərəfinə məktub yazıb və İlham Əliyevi İsrailə səfərə və səfirlik açmağa dəvət edib. Azərbaycan keçmişdə səfirlik açmaqda tərəddüd edirdi, qismən ona görə ki, digər müsəlman dövlətləri özündən uzaqlaşdırmaq və ya İranı təxribata çəkmək istəmirdi.

“Lakin Avraam razılaşması və Əliyevin İsraillə Türkiyə arasında yaxınlaşmanı təmin etməsi Azərbaycanın işini asanlaşdırdı”.

Məqalədə qeyd edilib ki, İsraillə Azərbaycanın müdafiə sahəsində sıx əlaqələri var. İsrail Bakıya Ermənistana qarşı müharibədə istifadə olunan pilotsuz təyyarələr verib.

"Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu müəyyən edib ki, 2016-2020-ci illərdə Azərbaycanın silah idxalının 69%-i İsraildən gəlib və həmin dövr ərzində İsrailin silah ixracının 17%-ni təşkil edib. İsrailə idxal olunan neftin təxminən 40 faizi Azərbaycandandır”, - qəzet yazıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR