İlham Əliyevin İranla bağlı fikirlərində iki strateji amil...

26 noyabr, 2022 12:54

Prezident İlham Əliyevin İranla bağlı səsləndirdiyi fikirləri bir daha göstərir ki, Xameneinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycanla bağlı fikirlərində səmimi olmayıb. 5 gün öncə Vilayətinin məlum fikirlərinə şərh verərkən bildirmişdim ki, o, əslində Azərbaycanı yumşaq dildə təhdid edir və səmimi deyil. Amma pafosa köklənən bir çox politoloqlar, şərhçilər Vilayətinin söylədiklərini İranın peşmançılığı kimi qələmə verirdilər.

İ.Əliyevin İranla bağlı fikirlərində əsasən iki strateji amilin üzərində daynmaq lazımdır:

Birincisi, İranda yaşayan azərbaycanlıların müdafiəsi dövlət strategiyasına çevrilir. Bu nə deməkdir? Bu günə qədər İranda öz hüquq və azadlıqları uğrunda mübarizə aparıb fars rejiminin repressiyasına məruz qalan azərbaycanlılar bundan sonra kənardan (Azərbaycan Respublikasından) mənəvi, hüquqi və siyasi dəstək alacaqlar. Yəni, onların bu istiqamətdə mücadiləsi təkcə daxili resursları hesabına həyata keçirilməyəcək. İ.Əliyevin "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik" deməsi cənubi azərbaycanlıların milli oyanışı üçün əsas ideoloji tezisə çevrilməlidir. Orada yaşayan hər bir azərbaycanlı başa düşməlidir ki, başlarına gələcək hər bir hadisədən Azərbaycan xəbərdar olacaq, daha İran istədiyi şəkildə onlarla rəftar edə bilməyəcək. Hər bir cənubi azərbaycanlının həyatı Azərbaycan dövləti üçün həssas hüquqi və siyasi məsələyə çevriləcək. İranın azərbaycanlılara qarşı hər hansı repressiv addımı bütün dünyaya rasist mövqe kimi təqdim olunmalıdır.

İranın cənubi azərbaycanlılara qarşı həyata keçirdiyi repressiyanı, terror siyasətini Fransa da Əlcəzairdə həyata keçirirdi. 132 il Fransa işğalında qalan Əlcəzair xalqı ciddi dəstək aldıqdan sonra - 1962-ci ildə referendum keçirərək azadlığına qovuşmuşdu. İran Azərbaycanlıları mübarizəni konseptuallaşdırmalıdır, belə olacaqsa, bir müddət sonra öz azadlıqlarını tələb etmək üçün referendum da tələb edə biləcəklər. Öz doğma dilində təhsil almaq tələbi kimi referendumun keçirilməsi tələbi də cənubi azərbaycanlılar üçün əsas strateji istiqamət olmalıdır.

İkincisi, İran bu günə qədər Azərbaycana qarşı ədalətli və net mövqedə olmayıb. İran Ermənistana münasibətdə həmişə hüquqi mövqe ifadə edib: "Ermənistanın ərazi bütövlüyü İran üçün qırmızı xəttdir". İran ölkəmizin ərazi bütövlüyü ilə bağlı bu tərzdə bircə cümlə belə işlətməyib və Azərbaycana münasibətini dini terminlərlə bildirib. Bu o deməkdir ki, İran Azərbaycana öz "dini hücrə"si kimi yanaşmaqla, bizə təhqiredici münasibət bəsləyir. Artıq İrana xatırlatmışıq və başa düşür ki, Azərbaycana qarşı yönələn hər hansı addımına adekvat cavab veriləcək. İran Azərbaycanın ərazi bütövlüyünə olan şübhələrindən xilas olmasa və cənubi azərbaycanlılara qarşı repressiya siyasətindən əl çəkməsə, Azərbaycan Respublikasının stretaji qərarları ilə üz-üzə qalmalı olacaq. Bu qərarlar ABŞ-ın hər hansı inzibati sanksiyaları kimi effektsiz qalmayacaq. Çünki bizim atacağımız addımlar milli və tarixi baza əsasında formalaşacaq və bizim İranda 40 milyonluq resursumuz - milli kimliyimiz var. Əldə olunan nəticə budur ki, İran Azərbaycana qarşı heç vaxt səmimi olmayacaq və planlarımızı da bu istiqaməti əsas tutaraq qurmalıyıq. 

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR