Yerevan sülh müqaviləsi layihəsinə dair təkliflərinə Bakıdan cavab alıb
29 noyabr, 2022 00:16

Noyabrın 28-də Ermənistan sülh müqaviləsinin bağlanması barədə öz təkliflərinə Azərbaycandan cavab alıb.
Bunu bazar ertəsi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Təkliflər noyabrın 7-də iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşündə təqdim edilib. Onun sözlərinə görə, müzakirələr davam edir və erməni tərəfi tezliklə konsensusa nail olunacağına ümid edir.
Eyni zamanda, o alınan cavabların, eləcə də erməni tərəfinin təkliflərinin məzmununu açıqlayıb.
Naziri qeyd edib ki, Yerevan məqbul vaxtda iki ölkə liderlərinin görüşünü təşkil etməyə hazırdır və münasibətlərin normallaşmasında maraqlıdır.