REGİONABŞ Ukraynanın qələbəsini niyə istəmir? - "Bloomberg"

01 dekabr, 2022 09:48

Rusiyanın Xersondan çıxması və Ukraynanın uğuru Vaşinqtonda narahatlığa səbəb olub. Çünki bu vəziyyətdə güclənən rəsmi Kiyev Moskva ilə sülh danışıqlarından imtina edə bilər.

Bu barədə “Bloomberg” nəşri yazır.

Nəşr qeyd edir ki, bir sıra problemlərin yaxınlaşması Bayden Administrasiyasında Ukrayna müharibəsinin gedişi ilə bağlı fikir ayrılıqlarının yaranmasına səbəb olub.

“Birincisi, Ukraynanı gələcəkdə nə gözləyir – yeni qələbələr, yoxsa ağrılı dalan?

Xersonu azad edən Ukrayna qoşunları Krımda Rusiyanın təchizat yollarına HİMARS zərbələri endirə bilər. Nəticədə qoşunlar yeni əməliyyatlar üçün başqa ərazilərə köçürülə bilər. Lakin döyüşdən yorulmuş Ukrayna ordusunun istirahətə ehtiyacı var. Digər tərəfdən, Ukrayna ordusu Rusiya qoşunlarının daha inadkar müqaviməti ilə üzləşə bilərlər. Ukrayna uğur qazansa da, mübarizə aparmaq getdikcə çətinləşir.

İkincisi, qlobal eksalasiya nə qədər mümkündür?

Putin 2014-cü ildən sonra ilhaq etdiyi ərziləri saxlamaq üçün nüvə silahı ilə hədələyir. Ukrayna həm Xersonda, həm də şərqdə rusların bu “qırmızı xətlərini” dağıtdı. Bununla belə, Krım Putin Rusiyası üçün daha vacibdir və onun itirilməsi Moskvanın qlobal eskalasiyanı açacaq addımlar atması ilə nəticələnə bilər. Bu baxımdan, ABŞ Administrasiyası hadisələrin bu istiqamətdə inkişafından narahatdır.

Üçüncüsü, Ukraynayönümlü koalisiya nə qədər dözə biləcək?

Avropalı müttəfiqlər hələki möhkəm dayanırlar və beynəlxalq dəstəyin qışa qədər davam edəcəyi görünür. Lakin Blinken də daxil olmaqla çoxları etiraf edir ki, Putin güzəştə getməkdə maraqlı deyil. Bayden Administrasiyası Kiyevin diplomatik səylərə mane olacağı vəziyyətdən qaçmaq istəyir, çünki Rusiyanın enerji təchizatından məhrum olan Avropa yaxınlaşan qışdan əziyyət çəkir. Nümayəndələr Palatasında respublikaçıların rəhbərliyi qazanması da növbəti ildə ABŞ-ın Ukraynaya yardımına təsir edəcəyi riskini yaradır.

Dördüncüsü, uzun sürən münaqişə ABŞ üçün yaxşıdır, yoxsa pis?

Ukrayna müharibəsi Vaşinqton üçün gözlənilməz strateji uğur oldu. Rusiya ordusu zəiflədi, NATO gücləndi. Yaponiya, Tayvan və Avstraliyanın timsalında Çin mütəfiqlərin müqaviməti ilə üzləşir. Avropa ölkələri bir avtokratiyadan – Rusiya - asılılığın mənfi tərəfini gördülər, indi digəri – Çin – ilə münasibətlərə yenidən baxırlar. Ukraynakı problemlər fonunda Putin sistemi artıq gləcəyi hesablanmış perspektiv kimi görünmür. Bununla belə, yüksə səviyyəli liderlər ABŞ-ın Ukraynadakı münaqişədən bütün faydaları götürüb-götürmədiyini müzakirə edir. Zaman keçdikcə xərclər arta bilər. ABŞ digər bölgələrə də diqqət yetrməlidir. Sursat tədarükünün Kiyevə yönəlməsi başqa böhranlarda riskləri artırır. Beləliklə, əks fikirlər var. Uzun sürən silahlı münaqişə ABŞ hərbi sənayesinin buna tam hazır olmadığını göstərdi. Bu, ABŞ-ı yenidən silahlanma haqqında düşünməyə vadar edə bilər. Lakin ölkə rəsmilərinin dediyi kimi, Tayvan boğazında vəziyyət həqiqətən də sürətlə pisləşirsə, o zaman, Ukrayna münaqişəsinə tezliklə son qoymaq faydalıdır. Ən böyük problemlərdən biri də Vaşinqtonun bütün bunlara vaxtının olmayacağıdır”, - nəşrin məqaləsində qeyd olunur.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR