İran ASALA-nı Paşinyana qarşı qaldırır - ŞOK İDDİA

03 dekabr, 2022 13:26

Ermənilərdən ibarət ASALA terror təşkilatı ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb. Qruplaşmanın keçmiş üzvü Martiros Jamkoçyan Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində ASALA ilə İranın gizli işbirliyini ifşa edib.

O bildirib ki, ASALA-nın rəhbərlərindən biri olmuş beynəlxalq terrorçu Monte Melkonyan Azərbaycan torpaqlarının işğalı zaman İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb.

“Qubadlının azad edilməsindən (1993-cü il avqustun 31-də Qubadlının işğalını nəzərdə tutur - red.) əvvəl farslar Monteyə zəng etdilər. Onlar Monte ilə hesablaşırdı. İndi açıqlayacağım məlumat məxfidir. Ancaq bu gün sizə danışacam”, - Jamkoçyan söyləyib.

O qeyd edib ki, həmin vaxt İranın xüsusi xidmət orqanlarının nümayəndələri M.Melkonyanla görüşmək üçün Gorusa gəliblər. Keçmiş terrorçu deyib ki, farslar əməliyyatın hazılığından xəbərdar idilər:

“Biz onda Laçında idik. Zəngilan, Qubadlı və Horadizə hücum etmək üçün tank diviziyamızın bir hissəsini Laçına aparmışdıq. Farslar bu əməliyyatdan xəbərdar idi, onu hazırlayanı da tanıyırdılar. Həmin vaxt İran tərəfinin marağı müharibənin nəyin bahasına olursa, olsun Arazın o tayına keçməməsi idi. Ona görə də onlar bizimlə əməkdaşlıq etmək istədilər. Onlar təminat istəyirdilər və bizimlə razılaşmaq üçün gəldilər. Bu, 1993-cü il yazın əvvəlində olub. Odur ki, dostlarımız və düşmənlərimiz kiminlə iş gördüklərini bilirdilər. Ona görə də bizimlə hesablaşıb əməkdaşlıq edirdilər. Əlbəttə, biz əsgərlərimizin və geri çəkilən azərbaycanlıların İran istiqamətində atəş açmasına imkan verməyəcəyimiz haqqında farslara təminat vermişdik. Və belə də oldu”.

Göründüyü kimi, özünü İslam ölkəsi kimi qələmə verən İranın erməni terrorçularla eyni sırada yer alması Azərbaycana qarşı düşmənçilik niyyətindən irəli gəlir və məkirli siyasət bu gün də davam etməkdədir

Mövzu ilə bağlı modern.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, İranın erməni terrorçularına dəstək verməsi təəccüb doğurmamalıdır, mahiyyət etibarı ilə hər iki tərəf eyni maraqlara xidmət edir:

“Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın terror təşkilatlarının hazırlamasında İranın təlimatçıları iştirak edirdi. SEPAH və Əl-Qüdsinin mütəxəssisləri onları hazırlayırdılar. İranın terror təcrübəsi kifayət qədər genişdir. Bu ölkə terror üzrə ixtisaslaşmış dövlətlər üzrə birinci yerdə gəlir. Jamkoçyan əslində Azərbaycana mesaj verir ki, İran terrorla bağlı hansısa addım ata bilər. ASALA terror təşkilatının Hizbullahla, İranın xüsusi dövlət orqanları ilə əlaqələrinin olması çoxdan məlum idi. Biz dəfələrlə bu məsələni gündəmə gətirmişik və İranın terrorçu dövlət olduğunu diqqətə çatdırmışıq. Yaxşı ki, bunu terrorçunun özü də etiraf edir. Biz deyəndə bunun üstündən keçirlər, ancaq terrorçunun etirafını inkar edə bilməyəcəklər”.

Politoloqun fikrincə, İran öz çirkin məqsədlərinə çatmaq üçün ermənilərdən istifadə edir:

“Onların Suriyada birgə təlimləri olub. PKK-nın Suriya qolu olan PYD uzun müddət İran ərazisində gizlənib. İranın molla rejimi kürdləri aldadıb onlardan istifadə etdi. İndi də erməniləri işə salıb. Burada mən Rusiyanın dəsti-xəttini görürəm. Çünki daha Rusiyanın vuran əli Ermənistan deyil, İrandır. Yəni Rusiya İran vasitəsilə ermənilərdən istifadə etmək istəyir. Bu da İrana sərf edir. Buna görə də, İran Tehran və Xuzistanda olan erməni milyonerlərdən istifadə etməyə çalışır. Ortada Fransanın da xətti-dəsti mövcuddur”.

C.Nuriyev iddia edir ki, Rusiya, İran və Fransa üçlüyü Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək üçün birləşib. O fikirlərini belə əsaslandırıb:

“Onlar Paşinyanın əvəzinə Ruben Vardanyanı hakimiyyətə gətirmək istəyirlər. Bunun üçün Azərbaycanı provakasiyaya çəkmək, Vardanyanın əli ilə hansısa ərazini məsələn, Hadrutu ələ keçirmək istəyirlər. Bununla da onun Ermənistanda nüfuz qazanmasına, nəhayət, hakimiyyətə gətirilməsinə çalışırlar. Mənim fikrimcə, proseslər buna doğru gedir. Əsas məsələ Paşinyanı devirib, onun yerinə əlaltılarını gətirməkdir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR