"İranda və Rusiyada hakimiyyət dəyişməyəcək" - ABŞ kəşfiyyatı
05 dekabr, 2022 10:39

“ABŞ hesab edir ki, Rusiya Federasiyasında hakimiyyəti təhdid edə biləcək etiraz aksiyaları qeyri-mümkündür”.
Azsiyaset.com xəbər verir ki, bunu Rusiya mətbuatına ABŞ Milli Kəşfiyyatı Agentliyinın direktoru Avril Hayns deyib.
O əlavə edib: “Ola bilsin ki, baş verənlərə daha tənqidi münasibət olacaq, amma hakimiyyəti təhdid edə biləcək heç nə yoxdur”.
Hayns vurğulayıb ki, ABŞ irimiqyaslı etirazların keçirildiyi İranda da hakimiyyət dəyişikliyini ehtimal etmir.