"Bu baş versə, NATO qüvvələri Cənubi Qafqaza daxil olacaq" - İqor Korotçenko

05 dekabr, 2022 10:41

“Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyət göstərən erməni separatçılarının rejimi Rusiyanın qətiyyən nə dostu, nə də müttəfiqidir”.

Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Ekspert ermənilərin Rusiya-Azərbaycan münasibətlərini pozmağa çalışdıqlarını bildirib:

“Erməni lobbisi, beynəlxalq erməni diasporu və onun arxasında duran Qərb kəşfiyyat xidmətlərinin (MKİ və DGSE) məqsədi və vəzifəsi Rusiyanın sülhməramlı korpusu ilə Azərbaycan ordusu arasında toqquşmaları yaratmaqdır ki, bu qarşıdurma da Rusiya və Azərbaycan arasında genişmiqyaslı hərbi münaqişəyə çevrilsin. Belə bir durum Türkiyənin iştirakı ilə NATO ölkələrinin hərbi kontingentinin Cənubi Qafqaza daxil olmasına şərait yarada bilər. Əslində, söhbət hazırda xüsusi hərbi əməliyyatları davam etdirən və bütün hərbi-iqtisadi səylərini bunun üzərində cəmləyən Rusiyaya qarşı ikinci cəbhənin açılmasından gedir. Bütün bunlar ona görədir ki, erməni nasistlərinin Qarabağı Azərbaycandan ayırmaq və orada çürümüş və korrupsioner separatçı rejimi saxlamaq istəklərini həyata keçirsinlər. Erməni nasistləri vaxtilə SSRİ-nin dağılması mexanizmini işə salmışdılar, indi də bunu Rusiya Federasiyasının dağılması üçün təkrarlamaq istəyirlər”.

Korotçenko Rusiya rəhbərliyini ermənilərin siyasi alətinə çevrilməməyə çağırıb:

“Moskva praktiki siyasətində Rusiya ilə Azərbaycan arasında müttəfiqlik haqqında bəyannamənin əsas prinsiplərindən çıxış etməlidir. Qarabağ Azərbaycandır! Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyət göstərən erməni separatçılarının rejimi Rusiyanın qətiyyən nə dostu, nə də müttəfiqidir. Rusiya Federasiyası dünya ermənilərinin eqoist siyasi maraqlarının həyata keçirilməsi üçün alət olmamalıdır və olmayacaq da. Bu, onun milli maraqlarının zərərinə olardı. “Artsax” isə Kaliforniyada yaradılmalıdır. Orada şərait, iqlim və demoqrafik vəziyyət bunun üçün kifayət qədər uyğundur. ATƏT-in Minsk qrupu, kömək edin”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR