Rusların ekoloqlara qadağasının səbəbi - "Mədənlərdə 3 min azərbaycanlı dəfn edilib"

14 dekabr, 2022 15:29

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bakupost.az-ın suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Fazil bəy, artıq 3 gündür Laçın yolunda ictimai fəallar, QHT təmsilçiləri və könüllülərin aksiyası davam edir. Siz bu aksiyanı necə dəyərləndirərdiniz?​​​​​​​

- Bu məsələ bilavasitə ekoloji terrora qarşı Azərbaycanın ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının dirənişidir. Bu aksiyalara da elə Rusiyalı sülhməramlılarının öz missiyasından kənar hərəkətləri səbəb oldu. Onlar Azərbaycanın dövlət orqanlarının təmsilçilərini ekoloji terrorun qarşısını almaq üçün əraziyə buraxmadılar. Orada süni şəkildə etiraz aksiyaları təşkil etdilər. Nəticədə Azərbaycan öz ərazisində baş verən proseslərə müdaxilə imkanı əldə edə bilmədi. Ona görə də cəmiyyət bu proseslərə qarışdı və nəticədə azərbaycanlılar Laçın yolunda etiraz aksiyası keçirdilər.

Hər hansı beynəlxalq təzyiq bizə geri çəkilməyə vadar edə bilməz. Ərazi bizim ərazimizdirsə, biz orada qayda-qanun yaratmağın yolunu bilirik. Bu, sülhsevər, barışcıl yoldur və vəhşi erməni terrorçularına qarşı sərt mövqeyimizi davam etdirəcəyik.

- Ermənistan mətbuatı hələ ekoloqların əraziyə monitorinq üçün keçmək istədiyi gündən azərbaycanlıların guya Qarabağ ermənilərini sıxışdırdığından, hansısa soyqırımından, humanitar fəlakətdən dəm vurur. Bəs, əslində vəziyyət necədir?

- Onlara məsələni bu cür anlamaq sərf edir. Əslində isə yol azərbaycanlılar tərəfindən deyil, məhz sülhməramlılar tərəfindən bağlanıb. Rusiya sülhməramlılarının rəhbəri ora gəlib vətəndaşların tələbinə cavab vermirsə, bu vəziyyət aksiyaçıların haqlı olaraq mübarizəni axıra qədər davam etdirməsi zərurətini yaradır. Ermənistan tərəfi proseslərə birbaşa təxribatçı mövqedən yanaşır.

- Bəli, hətta bunu Azərbaycanın yaratdığıhumanitar fəlakət kimi təqdim edirlər. Hətta separatçıların "dövlət naziri" Ruben Vardanyan bir neçə gündür beynəlxalq aləmə azərbaycanlıların soyqrım törətməyə hazırlaşdığını car çəkir. Bu vəziyyət beynəlxalq aləmdə bizim əleyhimizə çevrilə bilərmi?

- Orda məskunlaşan Ruben Vardanyan adlı sərsəri özünü süni şəkildə yaratdıqları qondarma qurumun rəhbəri kimi göstərərək, yalan təbliğat aparır. Amma bu təbliğatın heç bir effekti olmayacaq. Tezliklə dünya ictimaiyyəti də görəcək ki, ermənilər həqiqətən də kompromisə gəlməyə, məsələlərin sülh yolu ilə həll olunması siyasətinə qarşıdırlar. Bu baxımdan da düşünürəm ki, Vardanyanın açıqlamları heç bir nəticə verməyəcək. Onsuz da onlar 30 ildən çoxdur ki, bu təbliğatı aparırlar. Azərbaycan tərəfi öz addımları ilə bunların baş verməməsini torpaqları işğaldan azad edərək təmin etdi. Onlar soyqrımı sözünü çox sevirlər və ona görə də bu ifadəni tez-tez işlədirlər. Amma o qədər anormaldırlar ki, dinc əhalinin hərh ansı şəkildə onlara soyqrım edəcəyi barədə illuziyalarını dünya gündəminə çıxartmağa çalışırlar. Halbuki həmin ərazilərdə soyqrımı özləri həyata keçiriblər.

- Bəs, indiki məqamda sülhməramlıların separatçılara dəstəyinin, məsələlərə birtərəfli münasibətinin səbəbləri nədir?

- Rusiya sülhməramlı missiyasının artıq nə qədər çirkin məqsədə xidmətə etdiyi aydın görünməkdədir. Əslində onlar orda balans yaratmalı və sülhün bərqərar olmasını təmin etməli idilər. Amma olmadı. Açıq-aydın ermənilərə dəstək verirlər. Azərbaycanlı ekoloqların həmin ərazilərə buraxılmamasının çox ciddi bir səbəbi var. Əslində həmin ərazilərdəki mədənlərdə kütləvi məzarlıqların olduğu ehtimalı var. Ermənilərin orda 3 mindən artıq azərbaycanlını qətlə yetirərək dəfn etdiyi ilə bağlı versiyalar mövcuddur. Çünki itkin düşən həmin 3 min insanın taleyi ilə bağlı hələ də məlumat əldə edə bilməmişik. Bu baxımından da bu proseslər davam edəcək. Azərbaycan ictimaiyyəti ekoloqların QHT-nın dinc aksiyalarını dəstəkləyir və ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan öz ərazisində tam suverenliyini bərpa edəcək.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR