Ermənilər "Suqovuşan" anbarına su axınını məhdudlaşdırırlar - "Ecofront"

20 dekabr, 2022 20:43

Qarabağda separatçılar nəinki mədənləri qanunsuz istismar edirlər, həm də regionun su ehtiyatlarından istifadəyə maneələr yaradırlar. Bu barədə Azərbaycanın “Ecofront” ictimai təşkilatının məlumatında deyilir.

Belə ki, Suqovuşan su anbarına axan çayların məcrası separatçıların nəzarətində olan “Sərsəng” su anbarına yönəldilir.

Əsasən Torağay çayının yuxarı axarında Murovdağın ətəklərində əsas bolsulu qolların üzərində 3 sutoplayıcı qurğu quraşdırıb. Oradan “Sərsəng”ə su çəkilir.

Bununla yanaşı, Suqovuşanda suyun həcmi azalır.

Qarabağın su resursları ən pik vaxtda orada yaşayan təxminən 100 min sakinin ehtiyacları üçün qat qat artıqdır. Ona görə də separatçıların yeganə məqsədi Azərbaycanda su qıtlığı yaratmaqdır.

“Sərsəng”dən Azərbaycana qarşı istifadə olunması beynəlxalq səviyyədə 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası  bu məsələ ilə bağlı xüsusi qətnamə qəbul edəndə tanınıb. Belə ki, yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının sessiyasının plenar iclasında bosniyalı deputat Militsa Markoviçin hazırladığı “Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə qəbul edilib.

Bundan əlavə, 20 ildən artıqdır ki, bəndin müntəzəm təmirinin aparılmaması “Sərsəng”i bütün region üçün potensial təhlükəli vəziyyətə salıb, qətnamədə deyilir.

Avropa Şurası Parlament Assambleyasının qətnaməsində mühəndislərin və hidroloqların “Sərsəng” su anbarına çıxışını təmin etmək və yerində ətraflı araşdırma aparmaq üçün Ermənistan Silahlı Qüvvələrinin dərhal çıxarılması tələb olunur.

Bundan əlavə, “Sərsəng” və “Madagiz” bəndlərinin vəziyyətinə, payız-qış mövsümündə suyun buraxılış qrafikinə beynəlxalq nəzarətin vacibliyi qeyd olunur.

Avropa Şurası Parlament Assambleyasının qətnaməsi Ermənistan hakimiyyətini su ehtiyatlarından “siyasi təsir aləti və ya təzyiq aləti kimi” istifadəni dayandırmağa çağırır.

Lakin Ermənistan bu çağırışlara məhəl qoymayaraq quraqlıq yaratmaq üçün hər yay “Sərsəng”dən gələn suyun qarşısını kəsib, payız-qış aylarında isə əksinə, suvarmağa ehtiyac olmayanda suyu açıb. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR