Putinin Qarabağla bağlı Vardanyan layihəsi - Erməni blogerdən inanılmaz açıqlamalar

21 dekabr, 2022 12:00

Erməni bloger Roman Baqdasaryan Gela Vasadzenin “Qafqazdan xəbərlər” kanalının efirində Qarabağ separatçılarının "dövlət naziri" Ruben Vardanyanla bağlı maraqlı açıqlamalar verib.

Vasadze Baqdasaryana Rusiyanın "Vardanyan layihəsi” ilə bağlı sual verib. Erməni blogerin fikrincə, əvvəlcə Ruben Vardanyanın kim olduğunu anlamaq lazımdır:

​​​​​​​

“Vardanyanın necə insan olduğunu başa düşmək üçün illərlə onunla işləyən, onu beş barmağı kimi tanıyan insanları tapdım. Onlar mənə aydın dedilər ki, Ruben Vardanyan yaxşı yaşamağı, dadlı və ləzzətli yeməkləri xoşlayan insandır. Vardanyan o adam deyil ki, belə maddi durumu ilə gedib qarışıqlığın olduğu Qarabağda otursun. Ən cəsarətli və vətənpərvər insan belə milyon dəfə düşünərdi ki, niyə dalana dirənmiş bir işi öz üzərimə götürüm? Buna dəyərmi? Vardanyan 100 faiz Rusiya tərəfindən göndərilib. O sadə səbəbdən ki, bütün biznesini Rusiyada qurub. Aydındır ki, bu adam Rusiyada onun qanunsuz sövdələşmələrini ört-basdır edən yüksək vəzifəli məmurlarla işləyib. Rusiyada Kreml və ya Federal Təhlükəsizlik Xidmətindən olan nüfuzlu adamların arxasında gizlənmədən böyük işlər görmək mümkün deyil. Əgər sən onilliklərlə kiminsə ölkəsində mahnı oxuyursansa, o zaman istəsən də, istəməsən də, başqa mahnılar da oxuyacaqsan - Ermənistanda və ya Qarabağda. Keçmişdə sənə kim göstəriş veribsə, indi və gələcəkdə də o sənə göstərişlər verəcək. Özünü yaxşı aparmasan, bu, sənə həyatın bahasına başa gələr. Rusiyada nə qədər yüksək rütbəli, hətta rus millətindən olan insanların ailələri ilə birlikdə həyatları ilə vidalaşdığını xatırlatmaq kifayətdir. Ona görə də cənab Vardanyan kifayət qədər ağıllı adamdır ki, başa düşsün: a) “yox” demək olmaz; b) səni planetin istənilən nöqtəsində tapa biləcək adamların əlindən heç yerə qaça bilməzsən. Mən dediklərimin hamısını sübut edə bilərəm".

Erməni blogerin sözlərinə görə, Vardanyanın Rusiya və Ermənistan mətbuatına verdiyi bütün müsahibələrində çox maraqlı bir məqamı müşahidə etmək mümkündür:

"Onun mimika və jestlərinə diqqət edəndə görürsən ki, o, heç bir zaman özünəarxayın, gülərüz, nikbin görünmür. Əksinə, o, bütün kadrlarda özünü itirmiş, çaşqın vəziyyətdə olur. Artıq bir aydır ki, Qarabağdadır, 9 “nazir”i işdən çıxarıb, amma bütün bunlar hamısı qəzəb və qalmaqaldır. Mən bir dəfə də görməmişəm ki, Vardanyan əminliklə “bütün problemlərə baxmayaraq, Qarabağı ayağa qaldıracağam” desin. Yeri gəlmişkən, Laçın dəhlizi problemi nədənsə Vardanyanın “təyinatı” ilə üst-üstə düşdü”.

Eyni zamanda, erməni bloger Roman Baqdasaryan gələcəkdə Vardanyanın Ermənistanın baş naziri postunda Paşinyanı əvəzləməsinin mümkün olub-olmaması sualını da cavablandırıb.

“Ermənistan ermənilərinin təsəvvüründə Nikol Paşinyan sadəcə lider deyil. Ermənilər onu onlarla gülüb ağlaya bilən “ata” kimi qəbul edirlər. Ermənistanın heç bir yerində Robert Köçəryanın ağladığını görməyəcəksiniz. Bu sadəcə olaraq mümkün deyil. Serj Sərkisyanın da heç zaman ağladığını görməyəcəksiniz. Erməni xalqı ilk dəfə Paşinyanın timsalında gördü ki, ölkə rəhbəri onunla həm ağlaya, həm də gülə bilər. Ruben Vardanyana nə qədər pul qoyulsa da, Rusiya nə qədər çalışsa da, sizi inandırıram ki, bu dörd il yarım ərzində insanlar dəyişib. Bəs bu dörd ay ərzində Vardanyan Qarabağda nə edib? Biz hələ də ondan yol xəritəsi haqqında xəbər almamışıq. Niyə Rusiyadan bir nəfər də olsun nüfuzlu erməni və ya erməni qadın Qarabağa köçmədi? İnanın ki, Vardanyanın dostlarından heç biri Rusiyadan Qarabağa köçməyib. Biz ancaq boş söhbətləri eşidirik”, - deyə R.Baqdasaryan bildirib.

Bloger onu da etiraf edib ki, Qarabağ separatçılarının “xüsusi xidmət orqanları” onu izləyirlər:

“Hər verilişimə baxırlar, bütün “qutularımı” sındırmağa çalışırlar, məni dindirməyə çağırırlar, təzyiq göstərirlər, hədələyirlər, hətta saxta cinayət işi də açıblar. Qarabağda diktatura bərqərar olub. İnsanlar orada “hakimiyyəti” tənqid edə bilmirlər. Onlar mənə qorxa-qorxa yazırlar. Cavab verirəm ki: uşaqlar, mənə mesaj göndərməyin, çünki Qarabağdakı "KQB" dərhal sizi aşkar edə və evlərinizə soxula bilər. Neçə dəfə olub ki, Qarabağdakı uşaqlar mənə məlumat “sızdırıblar” və ertəsi gün artıq yerli “KQB”nin əməkdaşları onların evinə gedib”, - deyə R.Baqdasaryan bildirib.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI