Prezident Naxçıvan rəhbərinə hansı tapşırıqları verib?

27 dekabr, 2022 14:42

“Prezidentimizin tapşırıq və tövsiyələri o qədər geniş mövzuları əhatə edir ki, bunları, əlbəttə ki, qısa bir müddətdə həll etmək olduqca çətindir. Bunu hər kəs yaxşı başa düşməlidir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Real TV”yə müsahibəsində deyib.

F. Nəcəfli prezidentin tapşırıqlarından və Naxçıvanla bağlı planlardan danışarkən deyib:

“Bu planlar nədən ibarət olacaq? Bütün bu tövsiyələr və tapşırıqların hamısının əsasında xalqla yaxından işləmək, bu günə kimi baş vermiş problemləri kökündən həll etməkdir ki, bütün bunlar, əlbəttə ki, bizim əsas məqsədlərimizdir. Bundan sonra növbəti mərhələlərdə biz makroiqtisadi göstəricilərə keçəcəyik, onlarla bağlı planlarımız mövcuddur. Hazırda bununla bağlı müxtəlif komissiyalar yaradılıb və o komissiyalar aktiv şəkildə işləyir. İnşallah, qısa müddətdə biz bu planların nəticələrini görə biləcəyik”.

F.Nəcəfli qeyd edib ki, bu planların həyata keçirilməsində müəyyən çətinliklər olacaq:

“Bu çətinliklərə sinə gərmək, mübarizə aparmaq lazımdır. Mən özüm də Naxçıvandanam və bu problemləri dərindən bilirəm. Məsələ orasındadır ki, Naxçıvan blokadası başlayanda bu, ilk illərdə olduqca çox çətin idi. Amma ondan sonra respublika prezidentinin düzgün siyasəti, rəhmətlik Ulu Öndərin qoyduğu tədbirlər planının nəticəsində Naxçıvan qismən blokadanı yarıb çıxa bildi. Yəni qazlaşdırma aparıldı, əhali artıq elektrik enerjisi ilə tam təmin olunub. Bəli, nəqliyyat məsələlərində müəyyən ciddi blokadalar mövcuddur, bu çətinliklər var. Zəngəzur dəhlizinin əhəmiyyət də elə məhz bundan ibarətdir. Mən Prezidentimizlə görüşümüzdə onun qətiyyətini hiss etdim və gördüm. Qətiyyətlə bunu bildirdi ki, Zəngəzur dəhlizi açılacaq və bu marşrut həm regional, həm lokal, həm də kontinental şəkildə xidmət göstərəcək. Bu da Naxçıvanın özünün tam blokadadan çıxarılması deməkdir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR