Paşinyan Yeni il çıxışında Azərbaycanın adını çəkmədi - "Müttəfiqlərini" ittiham etdi

01 yanvar, 2023 13:47

Ermənistanın baş naziri Nikol Paşinyan erməni xalqına Yeni il təbrikində bir çox məsələlərdən danışıb. Xəstə erməni təfəkkürünü yenə işə salan baş nazir Yeqişe Çarentsin “Nairi ölkəsi” romanını yada salıb.  Paşinyan gileylənib ki, erməni xalqının çoxu romanı oxumayıb, “çünki orada verilən mesajlar başa düşmürlər”. Paşinyanın çıxışından belə anlaşlıb ki, “Nairi ölkəsi” erməni xalqının başına gələcəklərinin səbəbi haqda mesajlar var. O, “erməni təfəkkürünün və ruhunun nəhəngi” adlandırdığı Ovannes Tumanyanın unudulmasını da “milli və dövlət maraqları anlayışının təhrifi” kimi izah edib.

Paşinyan Ermıənistanın təxribatları nəticəsində baş verən sərhəd gərginliyini yada salaraq, Azərbaycanın adını çəkmədən “suveren əraziyə qarşı təcavüz faktı” yalanını yenə təkrarlayıb. O deyib ki, bu hadisələr Ermənistan üçün ikiqat ağrılı olub, “çünki müttəfiqlərimiz bizi tək qoyaraq passiv müşahidəçi statusunda qalmağı” üstün tutublar. Aydındır ki, Paşinyan Rusiyanı və onun əsas söz sahibi olduğu KTMT-ni nəzərdə yuyaraq bu sözləri dilə gətirib. Baş nazir yenə də əsasən də “bacı”sı Fransanın adı çəkməyərək belə deyib: “Amma biz dünyada tək qalmadıq və mən bu vəziyyətə biganə qalmayan, ölkəmiz qarşısında heç bir öhdəliyi olmayan, regionumuzda təhlükəsizliyin və sabitliyin bərqərar olması üçün misilsiz qərarlar qəbul edən dövlətlərə və beynəlxalq təşkilatlara təşəkkür etmək istəyirəm”.

Ermənistanın baş naziri Azərbaycan ekofəllarının Laçın yolunda davam edən dinc aksiyasını yenə blokada kimi qiymətləndirib, bu vəziyyətin Qarabağdakı “bacı-qardaşlarının çətin vəziyyətə saldığını” söyləyib. “Mən bu vəziyyətə siyasi qiymət verilməsi və mümkün həll yolları barədə artıq dəfələrlə danışmışam. İndi blokadada olan bacı-qardaşlarımızı qucaqlayıram” deyən baş nazir əlavə edib ki, regiondakı vəziyyətlə bağlı bütün erməni xalqının “düşünməsi üçün müstəsna vaxt yetişib”. Paşinyan “buna görə də qlobal və regional fırtınalara və yeni təhlükəsizlik çağırışlarına cavabımız asimmetrikdir. Çağırışlar nə qədər kəskin olsa, biz bir o qədər də institusional, sosial-iqtisadi, siyasi, demokratik islahatlara, inkişaf gündəliyinə diqqət yetiririk, çünki bu, bizim bugünkü dayanıqlığımızı artıracaq və sabahkı firavanlığımızı təmin edəcək yeganə yoldur” deyə, bildirib.

Erməni baş nazir çıxışının böyük əksəriyyətini isə Ermənistanın “iqtisadi inkişafına dair faktları” sadalamağa həsr edib. Baş nazirin iddiasına görə, Ermənistanda iş yerlərinin sayı 700 mini keçib ki, “bu da müasir Ermənistan tarixində görünməmiş nəticədir: “2018-ci il “məxməri inqilab”ın qələbəsindən sonra Ermənistanda 153 minə yaxın yeni iş yeri açılıb. Qeyd etmək vacibdir ki, ötən ilin noyabr ayı ilə müqayisədə cari ilin noyabr ayında bir işçiyə düşən orta əmək haqqı təxminən 45 min dram və ya 20 faiz artıb, bu isə o deməkdir ki, Ermənistanın qlobal inflyasiya şəraitində sosial böhranla üzləşəcəyi təhlükəsi özünü doğrultmayıb”.

Baş nazir deyib ki, Ermənistan “tikinti bumu” var, on minlərlə ailə yeni tikililərdə, o cümlədən dövlət dəstəyi ilə mənzillər alır.

Qeyd edək ki, Paşinyanın dediyinin əksinə olaraq, rəsmi rəqəmlərə görə, Ermənistandan son iki ildə tərk edənlərin sayı kəskin artıb. (musavat.com)  

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR